Yuxarı

Hər gün ürəkbulanmanız varsa...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər gün ürəkbulanmanız varsa...

Çox rast gəlinən ürəkbulanma artıq əvvəlki kimi təkcə hamiləlik və ya zəhərlənmənin əlaməti deyil. İndi ürəkbulanmaların səbəbi və mənbəyi də fərqlidir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tez-tez, hər gün baş verən ürək bulanmasının nədən xəbər verdiyini təqdim edir.

- Mədə-bağırsaq traktında – qastrit, kolit, xora, enterokolit, mədə və 12 barmaq bağırsağın iltihabi xəstəlikləri səbəbindən ürəkbulanma ola bilər. Xüsusən səhərlər və çox müddət ac qaldıqda, istiotlu, acı qidalar yedikdə.

- Ağır, quru və qızardılmış yeməklərdən sonra ürəkbulanma – öd və öd yollarının problemi, öd durğunluğu, mədəaltı vəz pankreatiti və xoralar

- Hipertonik kriz – arterial təzyiq qalxanda ürəkbulanma və qusma olur

- Səhər tezdən qalxan kimi ürəkbulanma öd durğunluğu, öd şirəsinin mədəyə axması zamanı olur

- Baş ağrısı ilə yanaşı ürəkbulanma – miqren və klaster baş ağrılarında, kəllə beyin travmaları, şişləri və xəstəliklərində olur

- Ciddi ürəkbulanma, baş gicəllənmə, başağrısı beynin iltihabi xəstəliyi olan qorxulu meningitin əlaməti ola bilər

- Ürəkbulanma beyin qan dövranı pozulması, insult əlaməti də olur.

- Bədənin və qaraciyərin intoksikasiyası zamanı da ürəkbulanma olur

- Eləcə də virus xəstəlikləri, rotavirus, bağırsaq qripində qusma, ishal yol yoldaşıdır.

Tarix
2020.01.28 / 02:25
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla