Yuxarı

Vaksinə qədər korona ilə necə “vuruşaq”? – Rus həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaksinə qədər korona ilə necə “vuruşaq”? – Rus həkim

İnsanlara koronavirusun yayılma miqyası və bununla əlaqəli risklər, eləcə də universal özünütəcrid barədə məlumat vermək epidemiyanın qarşısını almağa kömək edəcək.

Axar.az xəbər verir ki, bu sözləri epidemioloq Mixail Favorov “Moskva axşamı"na danışarkən deyib. Onun sözlərinə görə, 2002-ci ildə atipik pnevmaniya və 2013-cü ildə Yaxın Şərq tənəffüs sindromu zamanı hakimiyyət orqanlarının buraxdığı əsas səhv əhaliyə xəstəliyin nə qədər sürətlə yayılmasını açıqlamaması və karantin tələb etməməsi idi.

“Çinin Uhan şəhərində yeni koronavirus epidemiyası zamanı daha sərt tədbirlər görüldü və zaman keçdikcə yeni infeksiyaların sayı azaldı. 11 milyon əhalisi olan bir şəhər fəaliyyətini dayandırdı, karantinə alındı, ümumi nəzarət və təcili tədbirlər görüldü. Və bu rejimi pozanları mühakimə etməyə başladılar. Verilən cəza isə iki-üç il deyil, on il azadlıqdan məhrumetmədən ömürlük həbs cəzasına qədər oldu”, - deyə epidemioloq qeyd edib.

Onun sözlərinə görə, yeni infeksiya ocaqlarının yaranmasının qarşısını almaq üçün insanların evdə qalması vacibdir:

“Bu cür təhlükəli xəstəliklərə laqeydlik yaralarsız ötüşmür. Buna misal olaraq çox sayda insan itkisi olan İtaliyanı göstərmək olar. Orada koronavirus hekayəsi milli faciəyə çevrildi”.

Həkim qeyd edib ki, universal özünütəcrid koronavirusun peyvəndinin hazırlanmasından daha tez epidemiyanın sonlanmasına gətirib çıxara bilər.

Tarix
2020.03.30 / 08:48
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla