Yuxarı

Türkiyədəki bu həkimlərimiz Bakıya göndərilir - Səbəb

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədəki bu həkimlərimiz Bakıya göndərilir - Səbəb

Türkiyədəki azərbaycanlı həkimlər Azərbaycanın koronavirusla bağlı xəstəxanalarında fəaliyyət göstərəcəklər.

Axar.az xəbər verir ki, bunu Trend-ə Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyi İdarə Heyətinin sədri, Ankara şəhər Xəstəxanasının həkimi, ürək-damar cərrahı Fərid Qasımzadə deyib.

Onun sözlərinə görə, həkimlər ölkəmizə Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Azərbaycandakı nümayəndəliyi, Türkiyənin Ege Univeristeti Xəstəxanası və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə həyata keçirdiyi layihə çərçivəsində səfər edirlər. Layihənin əsas məqsədi Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkimlərin ölkəmizdəki tibb işçilərinə koronavirusa qarşı mübarizə işində dəstək göstərməkdir.

F.Qasımzadə qeyd edib ki, lahiyədə iştirak etmək üçün Türkiyədə tibbi təhsil alan və hazırda orada fəaliyyət göstərən 60-dan çox azərbaycanlı həkim müraciət edib.

Seçim Şurası tərəfindən ehtiyac duyulan ixtisaslar- daxili xəstəliklər, anestoziologiya, ağciyər, infeksion xəstəliklər üzrə 19 azərbaycanlı həkim seçilərək onların ölkəmizə göndərilməsi barədə qərar verilib.

F.Qasımzadə əlavə edib ki, həmin həkimlər Ege Universiteti Xəstəxanasında ÜST-nin pandemiya ilə mübarizə protokolları üzrə 10 günlük təlimlərdə iştirak ediblər. Bu həkimlər ölkəmizdəki pandemiya xəstəxanalarında çalışan həmkarlarına xəstələrin müalicəsi üçün ən müasir protokolların tətbiqinə kömək edəcəklər.

Qeyd edək ki, Azərbaycan Həkimlər Dərnəyi 2014-cü ildə Türkiyədəki azərbaycanlı həkimlər və tibbi təhsil alan tələbələr tərəfindən yaradılıb.

Tarix
2020.04.14 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

Əliyevlə İran böhranını müzakirə etdik - Meloni

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla