Yuxarı

Fironlar epidemiyalardan necə qorunurdu?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fironlar epidemiyalardan necə qorunurdu?

Tədqiqatlar sübut edib ki, Qədim Misirdə bir çox sahələrdə, o cümlədən təbabətdə xeyli irəliləyişlər əldə edilib. Fironların epidemiyalardan qorunmasının əsas amili isə onların sağlam qidalanması olub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, “Qədim misirlilər təbabəti necə inkişaf etdirirdi?” adlı tədqiqat əsərində ən qədim sivilizasiyanın sağlamlıqla bağlı mülahizələri yer alıb. Qeyd olunub ki, onlar xəstəliklərin əsas səbəbini tanrıların qəzəbi ilə izah edirdilər. Eyni zamanda, fironlar və kahinlər xəstələrin şəfa tapmasını da Sexmet və ya günəş tanrısı Ranın iradəsi ilə baş verdiyinə inanırdılar.

Misirin “Əl-Tibbi” elektron jurnalında dərc edilən “Qədim Misir təbabəti” adlı məqalədə qeyd olunur ki, qədim misirlilər ruh sağlığını fiziki sağlamlığın əsas şərti hesab edirdilər. Ağır xəstəliyə düçar olmuş insanlara isə tanrılara dua etmək məsləhət görülürdü. Bununla yanaşı, fironlar və kahinlər xəstəliklərin qarşısını almaq üçün orqanizmin immun sistemini gücləndirir və xüsusi pəhriz saxlayırdılar. Onlar çoxlu soğan, sarımsaq yeyir, antioksidantlarla və A vitamini ilə zəngin qidalar qəbul edirdilər. Bütün bunlar xəstəlik riskini aşağı salırdı. Qədim mənbələrdə fironların gigiyena qaydalarına da ciddi riayət etdikləri, gündə ən azı iki dəfə isti su ilə yuyunduqları qeyd olunub.

Tarix
2020.04.21 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla