Yuxarı

Bu idman kompleksləri xəstəxanaya çevrildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında görülən işlərin davamı olaraq atılıb.

Nazir Azad Rəhimov və TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Gənclər və İdman Nazirliyinin gördüyü işlərlə yaxından tanış olmaq üçün obyektlərə baxış keçiriblər.

İyulun ilk həftəsindən təyinatının müvəqqəti dəyişdirilməsi işlərinə başlanılmış hər iki kompleksdə xəstələrin müvafiq həcmdə bərabər və təhlükəsiz şəkildə oksigenlə təminatı üçün stansiyadan palatalara xüsusi tibbi mis borular çəkilib, binanın daxilində müasir paylayıcı avadanlıqlar quraşdırılıb. Çarpayı sayına uyğun palatalarda divar tipli oksigen ötürücü, tənzimləyici, nəmləndirici avadanlıq və maskalar quraşdırılıb.

COVİD-19 xəstələrinin müalicəsində zəruri hesab edilən oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün qısa müddətdə Türkiyədən alınaraq komplekslərin hər birinin ərazisində 54 kub/metr gücündə müasir Oksigen İstehsalı Stansiyası yaradılıb. Stansiyada 75 kVt gücündə Ekomak kompressoru, qurutma-soyutma qurğusu, 54 kub/metr (900 litr/saniyə) gücündə, 95 faizdən artıq saflıqda oksigen təmin etmə imkanı olan Medisam oksigen generatoru, xüsusi filtr dəstləri və digər avadanlıqlar quraşdırılıb. Eyni zamanda, stansiyada ehtiyat oksigen tutumları quraşdırılaraq onların avtomatik təchizata qoşulmasını təmin edən 150 kub/saat gücündə idarəetmə sistemi qurulub.

Stansiyaları elektrik enerjisi ilə təmin etmək üçün yeni xətlər çəkilib. Ümumilikdə Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin binaları qaydalara uyğun şəkildə funksional zonalara bölünərək xəstələrin qəbulu və evə yazılması, tibb heyətinin binaya təhlükəsiz giriş-çıxışı, qida və digər malların binaya qaydalara uyğun qəbul edilməsi və paylanması üçün lazımi keçid şlüzləri yaradılıb. Binada dərman və dezinfeksiya vasitələrinin, tibb heyətinin qoruyucu vasitə və geyimlərinin, digər malların saxlanması üçün anbarlar, həkim otaqları, növbətçi tibb bacısı postları və digər zəruri otaqlar yaradılıb. Palatalar müvafiq sayda tibbi çarpayılar, rəflər, yataq dəstləri və dəsmallarla təchiz edilib. Palatalara elektrik xətləri çəkilib.

Abşeron Olimpiya İdman Kompleksinin 3 idman zalında və foyesində müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 277 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı yaradılıb. Tibb heyətinin istirahət və yaşayışı üçün kompleksin 45 nəfərlik mehmanxanasından istifadə nəzərdə tutulub. Kompleksdə fəaliyyət göstərən yeməkxana və çamaşırxana da tibb heyətinin istifadəsinə veriləcək.

Hövsan Olimpiya İdman Kompleksinin 2 idman zalında müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 280 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı quraşdılıb. Hər iki kompleksin fasiləsiz elektrik təchizatı üçün müvafiq gücdə generatorlar quraşdırılıb, cari təmir işləri görülüb əlavə zəruri kommunikasiya xətləri və sitemləri çəkilib, sistem, avadanlıqların müvafiq yoxlanma, təmir, gücləndirmə işləri icra edilib. Binalara giriş-çıxış üçün əlavə panduslar quraşdırılıb.

Tarix
2020.08.05 / 16:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla