Yuxarı

Bu maskalar niyə 10 manata satılır? - Açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu maskalar niyə 10 manata satılır? - Açıqlama

Koronavirusdan qorunmaq üçün nəzərdə tutulmuş vasitələrdən biri də 3D texnologiyası ilə hazırlanan şəffaf maskalardır. Artıq sosial şəbəkələrdə bu maskaları satan şirkətlərə rast gəlinir. Bu maskalar bəzi yerlərdə 4, bəzi yerlərdə isə 6-10 manatadır.

Maraqlıdır, bu maskaların nə kimi üstünlüyü var və qiymət fərqi nədədir?

Məsələ ilə bağlı Axar.az-a danışan professor Adil Qeybulla bildirib ki, şəffaf üz maskalarından istifadə zamanı burun aerozolu sifətə deyil, şəffaf səthə düşür və bu, daim ünsiyyətdə olan şəxslər üçün əlverişlidir:

“Ağız və burun aerozolunun qarşısını almaq üçün müxtəlif maskalar var. Bunlar təbii ki, virusun keçiriciliyinə, istifadə müddətinə görə müxtəlif cür olur. Elə maskalar var ki, bir neçə saatlıq, eləsi də var ki, bir neçə günlük olur. İnsanlarla daim ünsiyyətdə olan şəxslər üçün şəffaf maskalardan istifadə daha təhlükəsizdir. Çünki biz tez-tez əlimizi üzümüzə vurduğumuz üçün bu yolla virusun buruna, o cümlədən bədənə keçməsi mümkündür. Bu şəffaf maskalar nəticəsində burun aerozolu sifətə deyil, şəffaf səthə düşür”.

Ekspert sözügedən maskaların müxtəlif qiymətə təklif edilməsinə də münasibət bildirib:

“Bu maskaların qiyməti şəffaf plastikin qalınlığından və mexanizmindən asılı olaraq dəyişir. Bəziləri hərəkətsizdir, yəni üzə əl vurmaq və s. üçün maskanın çıxarılması lazım olur. Bəziləri isə hərəkətlidir, yuxarı və aşağı qaldırmaq mümkündür. Yəni mexanizmdən asılı olaraq bu maskaların qiymətləri də fərqlidir”.

Tarix
2020.08.06 / 17:36
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla