Yuxarı

Bu qidalara diqqət: əsas komponentlərdən biri...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qidalara diqqət: əsas komponentlərdən biri...

Sağlamlıq əslində sağlam və qatqıların olmadığı qidalardan başlayır. Sağlam qidalanmanın əsasını təşkil edən komponentlərdən biri lifli qidalardır.

Axar.az xəbər verir ki, aparılan tədqiqatlara əsasən, gün ərzində hər kəsə 12-33 qram arasında lif qəbul etmək məsləhət görülür. Lifli məhsullarla qidalanma qan təzyiqini normaya salır, xolesterol səviyyəsini tənzimləyir, həmçinin mədə-bağırsaq sisteminin sağlamlığına müsbət təsir göstərir. Meyvə-tərəvəz və paxlalı bitkilərdə olan bəzi lif növləri orqanizmdə kalsium kimi əhəmiyyətli mineralların sorulmasına kömək edir.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AzərTac-a deyib: “Lifli qidalar əsasən avakado, əncir və paxlalı bitkilərin tərkibində daha çox olur. Artıq çəkidən azad olmağa, hormonal sistemin tənzimlənməsinə kömək edir. Yaşından, cinsindən asılı olmayaraq hər kəsin lifli qidalar qəbul etməsi gün ərzində metobolizmi sürətləndirir”.

Lifli qidaların bir xeyri də insanı tox tutmasıdır. Onun sayəsində həm də düzgün qaydada artıq kilolardan xilas olmaq mümkündür. Qəbul edilən hər 1000 kalori üçün 14 qram lif tövsiyə olunur. Bu növ qidalar maddələr mübadiləsini yaxşılaşdırır, eyni zamanda ürək xəstəliklərinin inkişafının qarşısını alır.

Mütəxəssislər gündəlik qida rasionunda lifli qidalara yer ayırmağın vacibliyini qeyd edirlər. Onların fikrincə, bu növ məhsullara üstünlük vermək sağlam həyat tərzi sürməyə səbəb olur.

Tarix
2020.11.28 / 02:38
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla