Yuxarı

Diqqət: Koronavirusa yoluxma belə başlayır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: Koronavirusa yoluxma belə başlayır

Barselona alimləri yeni elmi tədqiqatları nəticəsində koronavirusun ən erkən simptomunu açıqlayıblar.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, qoxubilmənin itməsindən də öncə yoluxanlarda burunun içində quruluq və xoşagəlməz hiss yaranır.

Sanki burunun içi susuz səhraya bənzəyir. Alimlər hesab edir ki, burun epitellərinin virusla zədələnməsi nəticəsində bu quruluq baş verir.

Epitel hüceyrələri xüsusi ferment sintez edir, virusun zülalı bu fermentlə birləşib, orqanizmin daha sağlam hüceyrələrinə keçib irəliləyir, ağciyər və mədə-bağırsağa keçir.

Ona görə qoxubilmə itir ki, koronavirusla zədələnmiş hüceyrələr xüsusi seliyi ifraz etməyi dayandırır. Əgər burununuz bir neçə gündür çox qurudursa, deməli, daxilə virus keçib.

Müəlliflər 35 koronavirus xəstəsini müşahidə edib, paralel olaraq digər sağlam qrupu nəzarətə alıb.

70% iştirakçı burununda quruluq, soyuqluq, sankı havasızlıq hiss etdiyini deyib.

Bu simptom 10-12 gün davam edib. 10 gündən sonra koronavirusun erkən əlaməti olan qoxubilmə itir. Deməli, erkən əlamət xeyli əvvəldən başlayır.

Ona görə asimptomatik və yüngül xəstələrdə diaqnostika və təcrid üçün burunda olan bu hissiyat və simptom əsas götürülə bilər.

Tarix
2020.12.06 / 19:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda dərsliklər əhəmiyyətini tamamilə itirəcək - Nazir

Azərbaycan üçün yeni imkanlar yaranıb - PA rəsmisi

Saleh Səmədovun məhkəməsi: Özünü təqsirli bildi

Beqaydan Əliyevə: Bunu sizə çatdırmaqdan şərəf duyuram

Ramiz Mehdiyevlə bağlı yeni qərar verildi

Vuçiç Zakir Həsənovla görüşdü

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla