Yuxarı

Bu, uşağın günahı deyil, cəmiyyətin qoyduğu yükdür...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, uşağın günahı deyil, cəmiyyətin qoyduğu yükdür...

İbtidai təhsildə xüsusi yanaşmalar tətbiq edərək, tədrisin keyfiyyətini yüksəldə bilsək, bunun nəticələrini yaxın 10–15 il ərzində görəcəyik.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.

O bildirib ki, bu gün keçirilən sertifikatlaşdırma imtahanları da məhz ibtidai təhsilin keyfiyyətinin artırılmasına xidmət edir:

“İbtidai təhsil güclü olarsa, gələcəkdə daha peşəkar hüquqşünaslarımız, müəllimlərimiz, həkimlərimiz və digər mütəxəssislərimiz olacaq. Çünki təhsildə əsas məsələ özüldür. Özül möhkəm olmayanda, onun üzərində nə qurursansa qur, dayanıqlı olmayacaq”.

Nazirin sözlərinə görə, bu gün uşaqlardan tez-tez “balım çatsa, həkim, çatmasa biologiya müəllimi, o da alınmasa, aqronom olacağam” kimi fikirlər eşidilir:

“Təxminən otuz ildir davam edən bu yanaşma təhsil seçimlərini maraq və bacarıqlardan çox, toplana bilən bala bağlayır. Bu düşüncə dəyişmədiyi müddətdə ciddi irəliləyiş əldə etmək çətin olacaq. Bütün diqqəti topladığı bala və gələcəkdə hansı ixtisasa qəbul olacağına yönəlmiş uşağa nə qədər hüquq təhsili versən də, onun marağını və motivasiyasını formalaşdırmaq asan olmayacaq. Buna görə də yanaşmanı dəyişməliyik. Bu, uşağın günahı deyil, cəmiyyətin onun üzərinə qoyduğu yükdür”.

Tarix
2026.06.10 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla