Yuxarı

Koronaya təkrar yoluxmaların səbəbi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronaya təkrar yoluxmaların səbəbi

Son vaxtlar ölkəmizdə də koronavirusa təkrar yoluxan şəxslərin olduğu bildirilir. Maraqlıdır, insan orqanizmində COVİD-19-a təkrar yoluxma halı nə qədər sonra baş verə bilər?

Məsələ ilə bağlı Axar.az-a danışan həkim Qalib Əsədov bildirib ki, koronavirusu ağır keçirənlər yüngül keçirənlərlə müqayisədə bu virusa daha gec yoluxa bilər:

“Koronavirusa yoluxduqdan bir müddət sonra antitellər məhv olduğu üçün virusa yoluxmuş şəxslər yenidən yoluxa bilər.

İlk dəfə yoluxan zaman insanlar xəstəliyi nə qədər ağır keçirsə, immunitet bir o qədər güclü olar. Yüngül keçirən insanların 2-3 aydan sonra yenidən yoluxması halı baş verdiyi halda, xəstəliyi ağır keçirənlərdə təxminən 6-7 ay immunitet güclü olur. Həmçinin təkrar yoluxma zamanı xəstəliyin yüngül keçirildiyi bildirilsə də, bəzi şəxslərdə bu özünü doğrultmur”.

İnfeksionist Vüqar Cavadzadə isə bildirib ki, insanlar koronavirusun ayrı-ayrı serotiplərinə yoluxduğu üçün təkrar yoluxma halları baş verir:

“Bu gün bütün dünyada təkrar yoluxma halına rast gəlinir. Təkrar yoluxmalar qısamüddətli immunitetin yarandığını göstərir. Ola bilər ki, insan koronavirusun ayrı-ayrı serotiplərinə yoluxur. Belə ki, bir serotiplə yoluxub immunitet yarananda, o immunitet digər serotip üçün effektiv olmur. Bəlkə də koronavirusda tiposfesfik immunitet yaranır. Ona görə insan digər serotiplə yoluxur.

İtaliyada bir qadın koronavirus infeksiyası yayılandan sonra artıq 3-cü dəfədir yoluxur. Bu, immunitetin hardasa 3 ay davam etdiyini göstərir”.

Tarix
2020.12.07 / 12:27
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanda dərsliklər əhəmiyyətini tamamilə itirəcək - Nazir

Azərbaycan üçün yeni imkanlar yaranıb - PA rəsmisi

Saleh Səmədovun məhkəməsi: Özünü təqsirli bildi

Beqaydan Əliyevə: Bunu sizə çatdırmaqdan şərəf duyuram

Ramiz Mehdiyevlə bağlı yeni qərar verildi

Vuçiç Zakir Həsənovla görüşdü

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla