Yuxarı

Uvaydov: Üzərlik tüstüsü koronadan qoruyur - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uvaydov: Üzərlik tüstüsü koronadan qoruyur - Video

Boris Uvaydov Daşkənd Tibb universitetini bitirmiş həkim, daha sonra alternativ təbabət və naturopatiya üzrə ixtisaslaşmış alim, ABŞ, Avropada çalışan ixtisaslı həkim və yazıçıdır.

O, koronavirus infeksiyasından qorunma yolları barədə öz kanalında hər həftə çıxışlar edir. Budəfəki çıxışında o, özbək və türkmənlərin hələ sovet illərində epidemiya kimi yayılan xəstəliklər zamanı az yoluxması barədə danışaraq, həmin illərdə yerli əhalidən əldə etdiyi maraqlı informasiyanı bölüşüb.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Orta Asiya ölkələrində də bizdəki kimi gözdəymə və xəstəliklər zamanı qədim inanca görə yandırılan üzərlik otu həm də virus, parazit və bakteriyaları öldürən antivirus təsirə malikdir.

Uvaydov qeyd edib ki, həkim kimi təcrübə keçdiyi özbək kəndlərində yerli əhali qrip və digər viruslar dövründə üzərlik yandırırdılar.

Alim bildirir ki, hazırda da evlərin dezinfeksiya edilməsi üçün üzərlik yandıra, eləcə də yuxarı tənəffüs yollarında əgər koronavirus zərrələri varsa, onun tüstüsünə uşaqları və özünüzü tuta bilərsiz. Üzərlik yandıqdan sonra ondan ayrılan efir yağları və birləşmələri ilə zəngin tüstü gözlə görünməyən bütün virusları məhv edir.

O qeyd edib ki, üzərlik dərman bitkisidir və yüzlərlə xəstəliyin dərmanıdır. Özbək qadınlar ondan sonsuzluğun müalicəsində də istifadə edir.

Tarix
2020.12.10 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda dərsliklər əhəmiyyətini tamamilə itirəcək - Nazir

Azərbaycan üçün yeni imkanlar yaranıb - PA rəsmisi

Saleh Səmədovun məhkəməsi: Özünü təqsirli bildi

Beqaydan Əliyevə: Bunu sizə çatdırmaqdan şərəf duyuram

Ramiz Mehdiyevlə bağlı yeni qərar verildi

Vuçiç Zakir Həsənovla görüşdü

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla