Yuxarı

Rus həkim: Kondisionerləri söndürmək olmaz

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus həkim: Kondisionerləri söndürmək olmaz

Rusiyanın tanınmış həkim-immunoloqu, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib ki, hər hansı virusa, o cümlədən yeni koronavirus infeksiyasına yoluxma riski qapalı yerlərdə olduqca yüksəkdir.

Axar.az xəbər verir ki, ekspert bunun havada təhlükəli patogenlərin konsentrasiyasının ən yüksək miqdarda olması ilə əlaqələndirib.

O qeyd edib ki, binaların güclü şəkildə havalandırılması bu riski azaltmaq üçün əla üsuldur.

“Qapalı, sıx yerlərdə, məsələn, ictimai nəqliyyatda, məcburi qoruyucu maska rejimindən başqa, gücləndirilmiş ventilyasiya sistemi də olmalıdır. Metro vaqonlarında, avtobuslarda və digər ictimai nəqliyyat növlərində kondisionerləri söndürmək olmaz. Əksinə onu gücləndirmək, isitmə və filtrasiya ventilyasiyasını qoşmaq lazımdır", - Jemçuqov deyib.

Mütəxəssis vurğulayıb ki, bu qoruyucu tədbir bütün virusların yayılmasına qarşı hərəkət edir.

Qeyd edək ki, ümumi rəyə görə, kondisioner daxildəki havanın dövr etdirdiyi üçün onun işlədilməsi virusun yayılmasına səbəb olur.

Tarix
2020.12.10 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda dərsliklər əhəmiyyətini tamamilə itirəcək - Nazir

Azərbaycan üçün yeni imkanlar yaranıb - PA rəsmisi

Saleh Səmədovun məhkəməsi: Özünü təqsirli bildi

Beqaydan Əliyevə: Bunu sizə çatdırmaqdan şərəf duyuram

Ramiz Mehdiyevlə bağlı yeni qərar verildi

Vuçiç Zakir Həsənovla görüşdü

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla