Yuxarı

Bu testlərin istifadəsindən imtina olunub - TƏBİB

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu testlərin istifadəsindən imtina olunub - TƏBİB

“Ekspress” testlərdən bütün dünyada istifadə olunur. Lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir.

Bu barədə TƏBİB-dən Axar.az-a verilən məlumata bildirilib.

Qeyd edilib ki, Azərbaycan da bu testləri sınaqdan keçirib:

"Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub. Və hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib".

Bununla belə, ev şəraitində insanların "ekspress" testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb: "Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür "ekspress" testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər.

Məlumat üçün bildirək ki, ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin ölkəmizə gətirilməsi Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinin (TƏBİB) səlahiyətində deyil".

Tarix
2020.12.13 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevlə bağlı yeni qərar verildi

Vuçiç Zakir Həsənovla görüşdü

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla