Yuxarı

Korona vaksinləri nə zaman paylanılacaq? - Açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona vaksinləri nə zaman paylanılacaq? - Açıqlama

COVİD-19-a qarşı vaksinlər öz təsdiqini tapsa belə, onların kütləvi şəkildə istehsalına 2021-ci ilin əvvəllərində başlanılacaq və ilin ortalarına, axırlarına doğru ölkələrə paylanılacaq.

Axar.az xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, hazırda dünyada koronavirusa qarşı vaksinin hazırlanması prosesi davam edir:

“Ümidverici 11 vaksin var ki, onlar hazırda 3-cü sınaq mərhələsindədirlər. Sınaq mərhələləri bitdikdən sonra növbəti mərhələ kütləvi istehsalın başlanılması və ölkələrə paylanılmasıdır. Vaksinlərin paylanması, hansı ölkəyə nə zaman çatacağı - bütün bunlar uzun bir prosesi əhatə edir".

N.Mustafayeva bildirib ki, Azərbaycanın ölkəyə gətirdiyi peyvəndlər qrip əleyhinədir:

“Bu vaksinasiya insanlar koronavirusa yoluxarkən əlavə olaraq, qripə də yoluxmasın deyə edilir ki, bununla da səhiyyənin yükü azaldılır. Bu təhlükənin qarşısının alınması üçün ölkəyə kütləvi şəkildə belə peyvəndlər gətirildi. Yaş faktoru nəzərə alınmaqla, hər kəs, xüsusilə xroniki xəstəliyi olanlar sahə poliklinikalarına müraciət edərək peyvənd oluna bilər".

N.Mustafayeva əlavə edib ki, hazırda vaksin olmadığı üçün insanlar tibbi maskadan düzgün etməlidirlər. Əgər maskadan düzgün istifadə edilərsə, o, insanı virusdan qoruya bilər:

"Biz hər zaman maskanın üst səthinin infeksiyalaşmış kimi qəbul etməliyik. Biz maska istifadə etdikdə onun xarici səthi infeksiyalaşır. Hər kəs müşahidə edir ki, maskanın çantada, cibdə gəzdirilməsi halları olur. Bu kimi hallar infeksiyanın maskaya, oradan isə ələ, gözə keçməsinə səbəb olur”.

N.Mustafayeva qeyd edib ki, maska istifadəsi ilə yanaşı, əl gigiyenasına, respirator gigiyenaya da əməl edilməlidir.

Tarix
2020.12.15 / 09:44
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla