Yuxarı

Xəstəliklə mübarizədə tək yol... - Sədr

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəstəliklə mübarizədə tək yol... - Sədr

Dünyanın bir nömrəli probleminə çevrilən koronavirus pandemiyası davam etməkdədir. İnfeksion xəstəlikləri başqa xəstəliklərdən fərqləndirən mikroorqanizmlərdir.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Əgər müalicə üçün antimikrob maddə yoxdursa, xəstəliklə mübarizdə tək yol profilaktikadır. Profilaktika iki yerə ayrılır: spesifik və qeyri-spesifik. Qeyri-spesifik profilaktika maska və gigiyena qaydalarına riayət, spesifik profilaktika isə vaksinasiyadır. İmmunitet sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaranmır. Yaxud da hüceyrə immuniteti, yəni T limositləri vasitəsilə virusu məhv edir. Biz əgər vaksindən istifadə ediriksə, bunlardan biri yaranır.

Vaksinasiya müalicə dövründə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından biridir", - R.Bayramlı qeyd edib.

O bildirib ki, müasir peyvəndlər bəşər tarixində milyonlarla insanın həyatını xilas edib:

"Vaksinlər icad olunana qədər dünyamız indikindən qat-qat təhlükəli idi. Vaksinlərin icadından sonra daha güvənli dünyada yaşayırıq. Vaksinlər sayəsində onlarla xəstəlik ləğv edilmək üzrədir".

Tarix
2020.12.15 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevlə bağlı yeni qərar verildi

Vuçiç Zakir Həsənovla görüşdü

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla