Yuxarı

Koronanın yeni əlamətləri üzə çıxır - Həyəcan

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronanın yeni əlamətləri üzə çıxır - Həyəcan

COVİD hava-damcı yolu ilə yoluxan bir infeksiya olduğu üçün yoluxanların sayı baxımından böyüklər və uşaqlar arasında çox ciddi bir fərq yoxdur.

Axar.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında pediatr Azər Əhmədov deyib. Həkim bildirib ki, koronavirus üçün spesifik bir əlamət yoxdur:

"Uşaqlarda da, böyüklərdə olduğu kimi, son zamanlar yoluxanların sayında müəyyən artımlar var. Müraciət edən xəstələrin sayında son günlər bu artımı biz də müşahidə etməkdəyik. Amma bu o demək deyil ki, uşaqlar böyüklərdən daha çox yoluxurlar, yaxud da daha az yoluxurlar.

Bu, yeni xəstəlik olduğu üçün hər keçən gün yeni əlamətlərinin üzə çıxmasını müşahidə edirik. Məsələn, əvvəl bunu kəskin resperatur virus infeksiyası sayır və buna sadəcə bir boğaz ağırısı ilə yüksək hərarətlə müraciət edən xəstələrdə daha çox qarşılaşırdıqsa, indi bəsit bir qarın ağrısı ilə və yaxud ishal şikayəti ilə müraciət edən uşaqlarda da bu virus aşkar edilir. Ona görə də spesifik bir əlamət yoxdur. Böyüklərdə spesifik əlamətlərdən biri kimi deyirik ki, qoxu bilmənin, dad bilmənin itməsi ilə əlaqəlidir, amma azyaşlı uşaqlar özlərini çox yaxşı ifadə edə bilmədikləri üçün uşaqlarda daha çox fərqli simptomlar qabarır".

Tarix
2021.04.10 / 10:01
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla