Yuxarı

Həkimdən şok: Koronadan ölüm sayı buna görə artır - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkimdən şok: Koronadan ölüm sayı buna görə artır - Video

10:50

Bu günlərdə vaksinasiya prossesi davam etdirilir. Bəs görəsən, havaların isinməsi, evlərin, iş yerlərinin tez-tez havalandırılması yoluxmaların azalmasına səbəb olmurmu? Davam edən yüksək yoluxma dinamikasında enmə nə vaxt başlayacaq? Bu yay COVID-19-un yeni mutasiyaları gözlənilirmi?

Axar.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Hələ yay indi başlayır. Yəqin ki, yaxın vaxtlarda dəyişiklik olacaq. Havalar isinəndə istər-istəməz virusa öz təsirini göstərəcək. Amma yoluxma sayı o zaman aşağı enəcək ki, düzgün müalicə aparılacaq. Ölüm sayının çox olmasına səbəb də budur. Bioloq, terapevt, qeyri-ixtisas həkimləri bu işlə məşğul olurlar. Ona görə ağırlaşmalar artır, ölüm sayı çoxalır. Hər adamı televiziyaya çıxarırlar. Tibb bacısı xəstə müalicə edəndə əlbəttə, belə olacaq. Protokola baxırlar, edirlər. Poliklinikalarda işləmək sərf etmir onlara. Gedib hər xəstəyə 50 manatdan sistem qoşurlar. Xəstələr peşəkarların əlinə düşsə, belə olmaz. Poliklinikalar da çağırışa vaxtında gəlmir. Vaxtında analiz götürülmür, 2-3 gündə virus yuxarı tənəffüs yollarının selikli qişasında qalır, sonra da qana keçir”.

İ.Bayramov onu da əlavə edib ki, yeni mutasiyanın olması barədə əvvəldən bir söz demək olmaz:

“Onu əvvəldən demək olsaydı, xəstəlik də bitmişdi indiyə qədər. Hərə bir söz deyir, bunlar yalnız fərziyyələrdi. Yalnız bunu deyə bilərəm, vaksinasiya 70-80 faiz əhaliyə vurulsa, hamının bu xəstəlikdən canı qurtarar. Yoluxanlar da xəstəliyi klinik, az simptomatikayla keçirər”.

İnfeksionist onu da əlavə edib ki, vaksindən sonra yoluxan olub. Amma xəstəliyi yüngül keçiriblər. O ki qaldı kiminsə vaksindən sonra ağır keçirməsinə, bu, insanların fobiyası ilə bağlı məsələdir:

“Vaksindən qabaq da qorxurdular. Həssas adamlardı, nevrozlu xəstələrdi, şikayət edirlər. Mən özüm də vaksin olundum, heç bir yan təsiri olmadı. Düzdür, ürək-damar sistemi problemi yaşayanlar, açıq üzərk əməliyyatı keçirənlər, üzərinə stent qoyulanlar, şəkərli-diabetlər, nevroloji problemi olanlara ehtiyatlı olmaq lazımdır. Amma digərlərinə heç bir qorxusu yoxdur. Hər kəs vaksin olunmalıdır. Ümidverici yerimiz yalnız vaksinasiyayadır”.

Tarix
2021.04.17 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla