Yuxarı

Bu işçilər arasında yoluxma riski aşağı olur - TƏBİB

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu işçilər arasında yoluxma riski aşağı olur - TƏBİB

Bu gün bir çox insan COVID-19-la əlaqəli inkubasyon dövrdəkiləri sağlam şəxs kimi qəbul edirlər. Ancaq nəzərə almaq lazımdır ki, həmin şəxslərdə koronavirusa yoluxma halı baş verib, sadəcə kliniki simptomlar hələ ortaya çıxmayıb. Yəni həmin insan xəstəliyi yaya bilir.

Axar.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn görüşdə çıxışı zamanı deyib.

TƏBİB rəsmisi bildirib ki, inkubasyon şəraitdə müalicə alan şəxslər kliniki sağlam olsalar da, xəstəliyi ötürə bilirlər.

Y.Qarayeva əlavə edib ki, onlayn rejimdə işləyən iş yerlərindəki ixtisaslar üzrə çalışanlar arasında yoluxma riski adətən aşağı olur:

“Hər zaman qeyd edilən qızıl qaydalar eynidir və buna mütləq əməl edilməlidir. Bəzən böyük şirkətlərdə qoruyucu tədbirlərə ciddi əməl edilsə də, yemək yeyən vaxt istər-istəməz maska çıxarılır və yoluxma təhlükəsi meydana çıxır. Ona görə də böyük şirkətlər bu məsələni tənzimləyə bilərlər. Bəzi obyektlərdə işçilərə məcburi əlcək taxdırılır. Əlcəkdən düzgün istifadə edilməməsi yoluxma sayını artıra bilər. Bunun əvəzinə əl gigiyenasına əməl edilsin. İnsanların işə 15 dəqiqə fərqlə gəlməsi təmin edilsə, ictimai nəqliyyatlarda olan sıxlığı da aradan qaldırmaq mümkün ola bilər”.

Tarix
2021.04.28 / 12:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla