Yuxarı

Delta-plusun uşaqlara ciddi təsiri var – Professor

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Delta-plusun uşaqlara ciddi təsiri var – Professor

Kronavirus RNT daşıyıcılı virus olduğuna görə dəfələrlə mutasiyaya uğrayır. Delta (Hindistan ştammı) yazdan mövcud idi, ancaq hazırda yayılan yenidən mutasiya olmuş forması – delta-plus ştammı daha təhlükəlidir. Alimlər və tədqiqatçılar bu ştammın dünyaya yayıldığı təqdirdə yeni növ pandemiyanın və 4-cü dalğanın başlanacağını bildirirlər.

Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla delta-plus ştammının yaratdığı narahatlıq haqda danışarkən deyib.

O bildirib ki, delta-ştammının əsas özəlliyi onda olan tikanlı S zülalında xeyli dəyişikliklərin baş verməsi, bunun da virusun çox asanlıqla hüceyrəyə daxil olmasına şərait yaratmasıdır:

“İnsanlar xəstələnən zaman yaranan adaptiv immunitet və vaksinlər bu virusdan tam qorunmanı təmin etmir. Əlbəttə, alimlər hesab edirlər ki, istər yoluxma, istərsə də vaksinlərin köməyi ilə immuniteti olan şəxslər virusu yüngül keçirmək şansına malikdir. Ancaq bu, qətiyyən arxayınlıq yaratmamalıdır. Hesab edirəm ki, yeni hadisələrə hazır olmalıyıq. Virus artıq yayılmaqdadır, daha geniş yayılarsa, yenidən qapanmalara səbəb ola bilər. Mutasiya prosesi hələ də davam edir. Hazırda Cənubi Amerikada lambda ştammı yayılıb. Düzdür, bu ştamm delta-plus ştammı qədər yoluxucu deyil. Delta-plus uşaqlarda da çox ciddi əlamətlər yaradır. COVİD-19 ilk yarananda uşaqlar bu xəstəliyi subklinik (əlamətsiz) formada keçirirdi, ancaq hazırda bu ştamm uşaqlarda özünü çox ciddi simptomlar və mədə-bağırsaq pozuntuları yaratmaqla büruzə verir. Biz hazırda pandemiyanın bitdiyini yox, pandemyadan xilas olmaq yolları haqda düşünməliyik. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini rəsmi şəkildə bildirənədək qapalı şəraitdə karantin qaydalarını gözləmək lazımdır”.

Tarix
2021.06.30 / 15:36
Müəllif
Mirvari Əzizova
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla