Yuxarı

Azərbaycanda Hindistan ştammı var - Professor

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda Hindistan ştammı var - Professor

Rəsmi məlumat yoxdur, amma hesab edirəm ki, faktiki olaraq Azərbaycanda Hindistan (delta) ştammı var. Virus gözəgörünməzdir, gömrükdən keçmək kimi xüsusiyyətləri var.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a tibb professoru Ədalət Rüstəm deyib. Onun sözlərinə görə, delta ştammı daha təhlükəlidir:

"Yoluxuculuq qabiliyyəti ən azı 2 dəfə yüksəkdir. Delta ştammının uşaqlara yoluxması ilə bağlı elmi araşdırmalar hələ ki, yoxdur. Yeni ştammdır, nəticələr məlum deyil. Vaxtsız olduğu üçün tədqiqatlar aparılmayıb".

Vaksinin delta ştammı üçün effektli olacağını bildirdirən professor üçüncü doza ilə bağlı danışmağın tez olduğunu deyib:

"Hələ birinci doza vaksinasiya bitməyib. Birincisini bitirə bilmədiyimiz halda üçüncü doza haqqında fikirləşmək düzgün deyil. Əhalinin cəmi 15 faizi peyvənd olunub. Kimlərdə ki immunitet zəifdir, 6 ay, bir il sonra müayinə olunduqda üçüncü doza vaksin vurula bilər. Onların immuqlobin göstəricisi nəzarət altında olmalıdır".

Ədalət Rüstəm "Sərt karantin rejimi ilə bağlı gözləntiniz varmı" sualına belə cavab verib:

"Situasiyanın gedişindən asılıdır. Karantin rejimi qalıb, ləğv olunmayıb. Yoluxma halları artarsa, yenidən sərtləşmələr ola bilər".

Tarix
2021.07.03 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla