Yuxarı

Min dərdin dərmanı olan bitki

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Min dərdin dərmanı olan bitki

Lavanda bitkisinin həm çiçəkləri, həm otu, həm də toxumları olduqca faydalıdır.

Axar.az xəbər verir ki, lavandanın həm ətri, həm də çayı insanların əsəblərinə sakitləşdirici təsir göstərir.

Həkim nəzarəti ilə qaraciyərin yenilənməsinə və qaraciyər serrozuna, hepatit B və C xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir.

Türkiyəli professor İbrahim Saraçoğlu bildirir ki, lavandanı hepatit B və hepatit C üçün 4 dəqiqə, qaraciyər yağlanmasının müalicəsi üçün 10 dəqiqə, qaraciyər çatışmazlığı üçün isə 15 dəqiqə qaynatmaq lazımdır.

Aromaterapiyada əzələlərin rahatlaşmasında, yorğunluq və depressiya hallarında, dəri problemlərində də istifadə edilir. Baş-boyun ağrısı və miqren ağrılarını götürmək üçün lavanda yağı ilə masaj etmək çox faydalıdır.

Lavanda toxumlarından 50 qram götürülür, balaca bir yastıq hazırlanır, azyaşlı uşaqların yataq yerinin yaxınlığına qoyulur. Bu, uşaqların həm əsəblərinə müsbət təsir edir, həm də gözəl ətri otağa yayılır.

Lavanda bitkisindən 2 xörək qaşığı 2 stəkan suda dəmlənir, süzülür, yuyulduqdan sonra saçlar dəmləmə ilə yaxalanır. Lavanda dəmləməsi saçları gurlaşdırır və baş dərisində olan kiçik mikroorqanizmləri məhv edir. Hansı ki, həmin mikroorqanizmlər saçları kəpəkləndirir, qaşınma verir və sonda saçların tökülməsinə səbəb olur.

Lavandadan nevrozun müalicəsində geniş istifadə olunur. Bir xörək qaşığı lavanda və 1 xörək qaşığı cökə çiçəyi qarışdırılır, 3 stəkan su tutan termosda dəmlənir və 1 xörək qaşığı bal əlavə edilir. Bu çay gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir. Həm gözəl ətri və dadı var, həm də yuxunu yaxşılaşdırır.

Maraqlıdır, lavandanın iyi nə qədər insanların xoşuna gəlsə də, kiçik həşəratlar bir o qədər ondan uzaq qaçır, ona görə də lavanda dəmləməsi bit, birə, qoturluq gənəsi kimi parazitləri bədəndən və başdan uzaqlaşdırır. Müalicə üçün lavanda dəmləməsi ilə vanna etmək, eyni zamanda lavandalı suyu otaqlara püskürtmək lazımdır.

Tərkibi efir yağları ilə zəngin olduğundan havada müxtəlif virusları məhv edir və onların kütləvi yayılmasının qarşısını alır. Bu səbəbdən də şəhərin parklarında əkilməsi çox məqsədəuyğundur, çünki bu bitki donuz qripi, quş qripi və adi qripdən qorunmağın ən effektli təbii üsuludur.

Lavanda otunun qurusunu paltarların, yorğan və döşəklərin arasına qoyanda güvə onlara yaxın düşə bilmir. Evdə qripli xəstə olduqda otağa tez-tez lavandalı su püskürtmək lazımdır.

Bu şəfa mənbəyini evinizdən əskik etməyin.

Tarix
2021.07.04 / 13:29
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla