Yuxarı

Kartof şirəsi ilə müalicə bu üsullarla aparılır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kartof şirəsi ilə müalicə bu üsullarla aparılır

Hələ qədim Sibir loğmanları kartof şirəsinin faydalarını bilirdilər. Eləcə də kartof şirəsindən Mayya və Amerika hinduları yarasağaldıcı kimi istifadə edirdi. Rus mənbələrinə görə, təzə kartofun yeni çəkilmiş şirəsi səhər acqarına içilir, sonra yarım saat uzanır, səhər yeməyi 1 saat sonra yeyilir. Bu müalicə 10 gün təkrarlanır, 2 həftə fasilədən sonra yenə təkrarlanır. Keçmişin resepti indiyə kimi əlbəəl gəzir, daha çox mədə yaralarında dərman kimi tanınır.

Axar.az Medicina.az-a istinadən təzə kartof şirəsinin faydalarını və istifadə qaydasını təqdim edir.

Kartof şirəsinin iltihab əleyhinə təsiri onu dəri xəstəlikləri, sızanaq, səpkilərdə də əvəzsiz edir. Civzə və sızanaqlara da təzə kartof şirəsi çəkilə bilər. Eləcə də şirə piqment ləkələri soldurur. Kartof şirəsi daban çatlarını da sağaldır.

İstənilən yara, təzə çapıq, yanıq izi, zədənin də üzərinə katrof şirəsində isladılmış tənzif qoymaq olar.

Yadda saxlayın ki, kartof şirəsi içilən ərəfədə süd və süd məhsulu istifadə etmək olmaz. Şirəni çöplə sümürüb içmək lazımdır, çünki şirə dişləri sıradan çıxarır. Hər qəbuldan sonra ağız və boğaz ilıq su ilə yaxalanır. Özlüyündə kartof şirəsi dadı acı olsa da, ona əlavə nələrsə qatmaq olmaz.

Çox adam bilmir ki, bu tərəvəzdə digər meyvələrdən də çox C vitamini vardır. Eləcə də çiy kartofda fosfor, dəmir, kaliy, niaçin, kalsiy, B 1 vitamini vardır.

Təzə kartof şirəsinin digər xəstəliklərdə faydası:

Çiy kartof qanda, damarlarda xolesterini azaldır;

Ürək-damar sisteminin işini stabilləşdirir;

Bütün bədəndə iltihab prosesini azaldır.

Qastrit, xora, bağırsaq yaraları, reflüks, yüksək mədə turşuluğuna qarşı effektivdir, lakin aşağı zəif turşuluqlu mədəyə olmaz.

Kimlər ehtiyatlı olmalıdır?

- Şəkərli diabet xəstələri

- Hamilələr

- Yeni əməliyyat olanlar

- Uşaqlar

- Qanaması olanlar

Qeyd: Köhnə, göyərmiş, cücərmiş kartofun suyunu müalicə üçün istifadə etməyin. Belə kartofda zərərli toksinlər var.

Tarix
2021.10.07 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

Azərbaycan keyfiyyətli hərbi məhsullar istehsal edir – Gülər

Ərdoğan Bakı ilə danışdı: Onu Türkiyəyə buraxmadı - Təcili

Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi

Bu ölkə ilə müdafiə sahəsində saziş təsdiqləndi

NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Simonyan açıqladı: Bakıya getməyə hazıram

Azərbaycanla müharibə xəbərdarlığı edildi

Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla