Yuxarı

Bu insanlara 3-cü doza vaksin vurula bilməz - Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu insanlara 3-cü doza vaksin vurula bilməz - Xəbərdarlıq

Delta ştammının bütün dünya, eləcə də Azərbaycanda sürətlə yayılması 3-cü doza vaksinin vurulmasını aktual edib. Bu səbəbdən Azərbaycanda da koronavirusa qarşı vaksinin 3-cü - buster dozasının tətbiqinə qərar verilib. Bu xəbər verilər-verilməz insanlarda bəzi suallar yaranıb. İnsanları maraqlandıran isə odur ki, 3-cü doza vaksin könüllü olacaqmı?

Bəs görəsən, kimlərə 3-cü doza vaksin vurula bilməz?

Axar.az xəbər verir ki, TƏBİB-in İnfeksion İşçi Qrupunun üzvü Turan İbrahimova Musavat.com-a ilk olaraq 3-cü dozanın tətbiqi ilə bağlı yaranan zərurət barədə danışıb:

“Müxtəlif dünya ölkələrinin araşdırmaları nəticəsində COVİD-19 virusuna qarşı buster doza, yəni qüvvətləndirici doza məsləhət görülür. Müxtəlif ölkələrin praktikasını nəzərə alsaq, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına əsasən, ilk buster dozadan altı ay keçmiş və 65 yaşdan yuxarı, həmçinin 18 yaşdan yuxarı olan və yan xəstəlikləri mövcud olan, yüksək risk şəraitində yaşayan və işləyən şəxslərə vurulması tövsiyə edilir. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən isə bildirilir ki, 50 yaşdan yuxarı insanlar, həmçinin 16 yaş üzəri və yüksək risk qrupları, yenə də həmçinin yüksək risk şəraitində yaşayan və işləyən şəxslər buster doza qəbul edə bilərlər. İsraildə isə üçüncü doza 60 yaş üzəri vətəndaşlarla yanaşı, avqust ayından 12-16 yaşında olan insanlara da tətbiq edilməyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən isə buster doza immunosuppressiv hallarda və həssas qruplara tövsiyə edilir. Türkiyədə və Amerika Birləşmiş Ştatlarında keçirilmiş tədqiqatlara əsasən, buster dozanın effektliyi artıq sübuta yetirilib.

Kimlər üçüncü dozanı vurmalıdır? Digər ölkələrin praktikasına nəzər salsaq, bizdə peyvənd yaşını tamamlamış insanlara, həmçinin 60, yaxud 65 yaş üzəri insanlara, yüksək risk şəraitində yaşayan və işləyən insanlara üçüncü dozanın tətbiqini məsləhət görürük. Lakin üçüncü doza COVİD-19 peyvəndi yalnız istəyə əsasən, könüllü şəkildə tətbiq oluna bilər".

TƏBİB rəsmisi onu da deyib ki, əgər şəxs normal şəkildə birinci və ikinci dozasını alıbsa və peyvəndləmə yaş həddini də tamamlayıbsa, o zaman istəyə əsasən könüllü olaraq üçüncü - buster dozanı da vurdura bilər.

Tarix
2021.10.09 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla