Yuxarı

Yeni doğulmuş uşaqlarda yoluxma riski yüksəkdir – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni doğulmuş uşaqlarda yoluxma riski yüksəkdir – Həkim

10 yaşdan 14 yaşa qədər olan uşaqların koronavirusa yoluxma ehtimalı aşağıdır. 1 yaşa qədər yeni doğulmuş uşaqlar arasında yoluxma riski isə daha yüksəkdir.

Axar.az xəbər verir ki, bu sözləri ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova deyib.

“Bu onların immun sisteminin hələ zəif olması və tənəffüs yollarının kiçik ölçüləri ilə izah edilir. Nəticədə respirator virus infeksiyası zamanı tənəffüs problemləri daha qabarıq olur. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tövsiyəsinə görə, nəfəs almalarına yardım göstərilməsi məqsədilə uşaqlar da xəstəxanaya yerləşdirilməli, reanimasiyada müalicə olunmalıdır. Lazım gələrsə, ağciyərlərin süni ventilyasiyası tətbiq edilməlidir. Uşaqlarda respirator simptomlar olmadıqda virus mədə-bağırsaq simptomları şəklində özünü göstərə bilər. Yoluxma zamanı uşaqlarda daha çox ishal və ürəkbulanma halı qeydə alınır. Uşaqlar və yeniyetmələrdə xolestaz, pankreatit və hepatit halları da müşahidə edilir. Uşaqların əksəriyyəti yoluxmadan sonra 4 həftə ərzində sağalırlar. Davamlı simptomlar arasında baş ağrıları, yuxunun pozulması, əzələ və oynaqlarda ağrılar, ürək döyüntüsünün sürətlənməsi, iybilmə və dadbilmənin pozulması hallarını göstərmək olar. COVID-19 üzrə testlərin meyarları çoğrafi şəraitdən asılı olaraq dəyişir”.

K.Cəfərova virusun yayılmasına qarşı tədbirlərdən də danışıb:

“Uşaqların virusdan qorunması həm ailələr, həm tədris-tərbiyə müəssisələri, həm də təlim-əyləncə mərkəzləri tərəfindən ümdə məsələ kimi qəbul olunmalıdır. Bütün qaydalara bu müəssisələrdə birmənalı və ən yüksək səviyyədə əməl edilməlidir”.

Tarix
2021.10.13 / 14:22
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla