Yuxarı

Artritin qarşısını almaq üçün... - Travmatoloq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İltihab mənşəli, birləşdirici toxumanın xəstəliyi olan artritə daha çox gənclərdə və orta yaşlılarda rast gəlinir. Xəstəliyin səbəbi məlum deyil, profilaktikası yoxdur. Artrit zamanı orqanizm ayrı-ayrı toxuma və üzvlərdəki komponentləri qəbul etmir, xəstəlik inkişaf etdikcə immunitet aşağı düşür. Ona görə, artritə qarşı ən yaxşı tədbir immunitetin möhkəmləndirilməsidir.

Axar.az xəbər verir ki, bu fikirləri Mərkəzi Gömrük Hospitalının həkimi, travmatoloq-ortoped Müseyib Əhmədov deyib.

Həkim-mütəxəssis bildirib ki, artrit son illər ən çox yayılmış oynaq xəstəliklərindən biri olub, oynaqda yaranan iltihabi prosesdir: "Bu proses nəticəsində oynaq şişir, xəstənin hərəkətləri məhdudlaşır. Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı və oynaq səthinin qızarmasıdır. Dünyada 10 milyonlarla xəstə artritin bu və ya digər növündən əziyyət çəkir. Artrit xəstəliyindən əziyyət çəkənlər hətta soyuqladıqda belə, immunitetləri aşağı düşür. Ona görə də artritin qarşısını almaq üçün sağlam həyat tərzi keçirmək məsləhətdir. Düzgün və sağlam qidalanma, iş rejiminin düzgün qurulması, yorğunluqdan və stresdən uzaq olmaq, siqaretdən və alkoqollu içkilərdən müntəzəm istifadə etməkdən imtina etməklə artritin qarşısını almaq mümkündür".

M.Əhmədovun dediyinə görə, hazırda artritin müalicəsində ambulator müayinədən istifadə edilir: "Artritdə müalicə nəticələrinin proqnozu müsbətdir. Texnika əsrində, demək olar ki, hər kəs oturaq həyat tərzinə öyrəşib. Bütün günü kompüter arxasında oturanlar da xəstəliyin yaranması təsadüfi deyil. Hərəkətsizlikdən qan dövranı pisləşir və bu, maddələr mübadiləsinin pozulmasına, bir sıra xəstəliklərin, o cümlədən artritin əmələ gəlməsinə səbəb olur. Ona görə də ofis şəraitində çalışanlar hər saatda bir dəfə kompüterin və ya yazı masasının arxasından qalxmalı, yüngül fiziki hərəkətlər etməlidirlər".

Həkim-travmatoloq qeyd edib ki, artrit xəstəliyinin yaranmaması üçün çəkini nəzarətdə saxlamaq lazımdır: "Artıq çəki təkcə artrit deyil, digər xəstəliklərin də yaranmasına yol aça bilər. Adətən yaz-payız aylarında iltihabi xəstəliklərin baş qaldırdığını nəzərə alaraq məsləhət görürəm ki, vətəndaşlar mövsümə uyğun geyinib özlərini soyuğa verməməli, sağlam həyat tərzi keçirməli və iltihabi xəstəliklərdən qorunmalıdırlar".

Tarix
2021.10.14 / 01:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla