Yuxarı

Maskanı 60 dəqiqədən çox ağızda saxlamaq olmaz!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maskanı 60 dəqiqədən çox ağızda saxlamaq olmaz!

Qoruyucu maskanı necə istifadə etmək lazımdır ki, insana zərər verməsin.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, İspaniya pulmonoqları tibbi maskaların düzgün istifadəsi barədə məlumat yayıb.

Onların fikrincə, maska taxıldığı andan 45 dəqiqə sonra 5-7 dəqiqəlik fasilə ilə çıxarılmalıdır. Yəni maska taxan şəxs hər 45 dəqiqədən bir maskanı tamamilə çıxarıb və ya endirib, açıq havada nəfəs almalıdır.

Bir maskanın heç çıxartmadan ağız-burunda qalma müddəti maksimum 60 dəqiqədir. Ondan sonra mütləq 10 dəqiqə fasilə olmalı, ağız-burun açıq qalaraq, tənəffüs sisteminin normal işləməsi üçün şərait yaradılmalıdır.

İspan həkimləri hesab edir ki, maskanı fasiləsiz istifadə və uzun müddət taxmaq bu problemlərə səbəb ola bilər:

- Tənəffüs sistemində göbələk, infeksiya və bakteriya mühitinin yaranması

- Tənəffüsün səthiləşməsi, pisləşməsi

- Qanda oksigen səviyyəsinin düşməsi

- Burunun dolması, selikli qişasının quruması

- Üz dərisində dermatoloji problemlər.

Maskanın düzgün istifadə qaydası elə bundan ibarətdir ki, onu müntəzəm olaraq fasilə ilə çıxarasız və açıq şəkildə nəfəs alasız.

İspaniyanın məşhur pulmonoloqu Qustavo de Liza bildirib ki, əgər maska taxan müəyyən səbəbdən 3-5 saat maskanı çıxara bilmirsə, o zaman fasilə müddəti 30 dəqiqə olmalıdır. Ən azı 4 saatdan sonra maskanı çıxarıb, təmiz hava almalıdır.

Tibb maskaların istifadə müddəti 4 saatdır. Ondan sonra o atılmalı, yenisi istifadə olunmalıdır.

Tarix
2021.10.14 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla