Yuxarı

Peyvənd sonsuzluğa səbəb ola bilərmi? - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev korona peyvəndi ilə bağlı mühüm suallara aydınıq gətirib:

Axar.az sözügedən sual-cavabı təqdim edir:

- COVID-19 hamilə qadınlara necə təsir edir?

- Hamiləlik fizioloji olaraq immun sistemin zəiflədiyi dövrdür. Bu səbəbdən hər hansı bir bakteriya və ya virus xəstəliyini hamilələr daha ağır keçirirlər. Eyni zamanda COVID-19-da istisna deyil. Hamilə qadınların digər əhali qrupu ilə müqayisədə COVID-19-a yoluxma ehtimalı daha yüksək olmasa da, araşdırmalar COVID-19-un hamiləlikdə daha ciddi nəticələrə səbəb olan risk faktoru olduğunu ortaya qoyur. Hamiləliyə bağlı piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəlikləri olan qadınlarda risk daha da artır.

18 ölkədən 2130 qadının iştirak etdiyi araşdırmada COVID-19 olan qadınlarda ana ölümü, preeklampsi və vaxtından əvvəl doğuş riskinin daha yüksək olduğu göstərilib.

Xroniki xəstəlikləri olan hamilə qadınların COVID-19-dan ciddi ağırlaşmalarla üzləşmə riski daha yüksəkdir. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) 11 avqust 2021-ci il tarixində dərc etdiyi hesabatda COVID-19-a yoluxan hamilə qadınların sayının son bir neçə ayda artdığı bildirilir. Delta variantının daha yoluxucu olması və hamilə qadınlarda ağır xəstəlik riskinin yüksək olması, ancaq qorxuya görə peyvəndlənmənin aşağı olması bu artımın əsas səbəblərindən biri olaraq hesab edilib.

- COVID-19-a yoluxmuş andan körpəyə virus ana südü ilə keçə bilərmi?

- Aparılan araşdırmalar göstərir ki, ana südündən körpəyə COVID-19 keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsi keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxmuş analara süd verərkən tibb maskadan istifadə etməyi və gigiyena qaydalarına əməl etmək tövsiyə edirik.

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınlara mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir. Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki hesablarına bununla bağlı çox suallar daxil olur. Onlardan biri də hamilə qadınların niyə hamiləliyin 12 həftəsindən sonra peyvənd olunması məsləhət görülür sualıdır. Bu necə izah olunur?

Çünki 12 həftəyə qədər bətndaxili körpənin orqanlarının yaranma prosesi sona çatır. Daha sonrakı mərhələ isə yaranmış orqanlarının inkişaf və böyümə mərhələsidir. İlk 12 həftə hamiləliyin hər hansı təsirlə qarşı-qarşıya qaldığı halda risk daşıyan mərhələsidir. Bu səbəbdən peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır.

COVID-19 peyvəndlərinə dair sübutlar ÜST və Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir. ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olduğu bütün hallarda COVID-19 peyvəndlərinin istifadəsini tövsiyə edir.

Aparılan təcrübələrin nəticələri və COVID-19 peyvəndi tətbiq edildikdən sonra əldə edilən məlumatlar peyvəndin hamiləlikdə zərərli təsirlərinin olmadığını göstərdi. Eynilə, hamiləlik dövründə peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu ortaya qoydu.

- Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki hesablarına daxil olan suallardan biri: COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi?

- Xeyr, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamilə olmağa çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur.

- Vətəndaşları maraqlandıran daha bir sual: COVID-19 peyvəndlərinin yan təsirləri hansılardır və peyvənddən reaksiyası yaranarsa nə etmək lazımdır?

- Ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və qısamüddətlidir. Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər; yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. COVID-19 peyvəndlərinin bir və ya iki gün davam edən qızdırma və ya əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri olduğu bilinir. Allergik reaksiya və ya laxtalanma problemləri kimi ciddi yan təsirlər çox nadirdir. Qripə bənzər simptomlar da ola bilər. Məsləhət üçün həkimə müraciət etmək lazımdır.

Tarix
2021.10.26 / 12:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla