Yuxarı

Bu xurmanı çox yemək həyatınıza son qoya bilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu xurmanı çox yemək həyatınıza son qoya bilər

Hazırda yapon xurması deyilən xurma mövsümüdür. Onun cana faydaları sonsuzdur. Ona görə insanlar bol-bol yeməyə çalışır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkimlər bu xurmanı çox yeməyin ciddi fəsad yaradıb, hətta əməliyyata səbəb olması barədə xəbərdarlıq edir. Belə ki, bu ilin fevralında Moskvada bir kişi çox xurma yeməsi səbəbindəm bağırsağından təcili əməliyyat olunub. Yaşlı kişi o qədər xurma yeyib ki, mədəsində fitobezoar adlı yad kütlə əmələ gəlib. Xurmada olan liflər həll olmayaraq mədədə qalaraq yığılmış, nazik bağırsaqdan keçə bilməmişdi. Kişidə dəhşətli ağrı, bağırsaq keçməməzliyi, mədədə ağırlıq yaranmışdı.

Eyni hal 2 xəstədə də təkrarlanıb.

Səbəb nədir?

Xurmada çox sayda kobud bitki lifləri və taninlər vardır. Onlar yığıcı, büzücü xassəlidir. Mədənin turş mühitində o polimerizasiya olunur və gel formasında kütlə əmələ gəlir. Fibezoarlar adətən mədədə meyvə-tərəvəz liflərindən, sellülozadan, toxum, tum, qabıqlardan yaranır.

Bir fitobezoarın yaranması üçün 3 ildən 10 ilə kimi vaxt tələb olunur.

Hələ tam yetişməmiş, ağız büzən sarı xurmada daha çox lif olduğu üçün risk də yüksəkdir. Xüsusilə azyaşlı uşaqların mədə-bağırsağı üçün təhlükəlidir.

Böyük insan gündə 120 qramdan artıq xurma yeməməlidir. Gecə isə xurma yemək olmaz. Uşaqlara isə bir dilim yetişmiş xurma kifayətdir.

Tarix
2021.10.29 / 02:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla