Yuxarı

Boyunda ağrıların 3 əsas səbəbi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boyunda ağrıların 3 əsas səbəbi

Boyunda diskomfort, ağrı qısamüddətli və davamlı ola bilər. Boyun ağrılarına əhəmiyyət verməyib, “özü keçəcək” düşünənlər gələcəkdə böyük fəsadlarla üzləşir.

Axar.az xəbər verir ki, həkimlər boyun ağrılarının 3 səbəbini açıqlayıb.

1. Əzələ gərginliyi

Boyun əzələlərinin iş və həyat şəraitinə uyğun hərəkətsizliyi və daim gərgin olması miafasal sindroma səbəb olur. Bu gün boyun ağrılarının 90% səbəbi budur və bu, müasir insanın dərdidir.

2. Əzələlərin iltihabı və travması

Hər il 1 milyon insan müxtəlif səbəbdən onurğanın boyun hissəsinin travmasını keçirir. Mikro əzələ yırtılması, dartılmasına idmanda və qəzalarda çox rast gəlinir. Bu da boyunda travma sonrası ağrı yaradır.

Əzələlərin iltihabı isə asanlıqla yaranır: kondinsioner, şaxtada boynu açıq gəzmək, soyuq su, müxtəlif infeksiyalar.

3. Onurğanın öz xəstəlikləri

Fəqərələrarası qığırdaqlar zədələnir, yeyilir, ostexondroz və osteartroz inkişaf edir. Bu əvvəlcə boyunda ağırlıq hissi yaradır, sonradan isə boyunda yırtıqlar yaranır.

Boyun problemlərini evdə necə diaqnoz etməli?

- Boynunuzu sağa sola çevirib, diqqət edin: xırçıltı varmı? Başı kəskin çevirəndə göz bulanırmı, başgicəllənmə olurmu?

- Gözlərinizi yumun, əlləri açın, işarət barmağınızı gətirib burnunuzun ucuna toxundurmağa çalışın. Əgər bu ilk dəfədə alınmadısa, təhlükəli siqnaldır.

- Düz dayanın, dabanları birləşdirin, başınızı çevirib, dabanlarınızı görməyə çalışın. Alınmır?

Bu sualların cavabından biləcəksiniz ki, boyunda, ona da bağlı olaraq başda problemlər var. Bu səbəbdən nevroloqa gecikmədən müraciət etməlisiniz.

Tarix
2021.11.02 / 01:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla