Yuxarı

Bu hal 10 il sonrakı insult və infarktın əlamətidir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu hal 10 il sonrakı insult və infarktın əlamətidir

İnsult və infarktdan ölüm təkcə yaşlandıqca olmur, müxtəlif faktorlardan asılıdır. Yəni gənc insanlar da bu səbəbdən ölə bilərlər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, orta yaşlarda bu problemləri və əlamətləri olanlar 10 il sonra insultla üzləşə bilərlər.

- Çəkisi artıq, piylənməsi olanlar;

- Miqren xəstəliyi olanlar;

- Cinsi zəiflik, erektil disfunksiyası olan kişilər;

- Yüksək təzyiq.

Böyük Britaniyada alimlər xüsusi QRİSK kalkulyatoru ilə yaxın 10 ildə insult və infarkt riskinin kimlərdə olmasını hesablayıblar.

Virtual cihaz 30-80 yaş arası 1,5 milyon insanı 10 il ərzində incələyib. Onların heç birində tədqiqat başlayan vaxt insult, infarkt olmamışdı.

Alimlər proqnoza təsir edən 5 əsas amili aşkar ediblər.

- Siqaret çəkmək – arteriyaları, damarları tutur, beyin qan dövranını pozur. Gündə 20 siqaret çəkmək insult riskini 6 dəfə artırır. Əgər siqaretdən imtina olunsa, risk 2 dəfə azalar.

- Yüksək təzyiq – hətta 130-140 təzyiq də yüksəlmiş hesab olunur və səssiz qatildir. Çox adam təzyiq xəstəsi olduğunu isə uzun müddət bilmir.

- Qanda xolesterinin yüksəlməsi – damarların tutulmasına səbəb olur. Bunu da içki, siqaret, yağlı qidalar artırır.

- Auralı miqren.

Tutma şəkilli miqren ağrıları işemik insulta bir az da yaxınlaşdırır. 50 yaşdan sonra ilk dəfə auralı miqrenlə üzləşən qadınlar da risk altındadır. Eləcə də hamiləlikdən qorunmaq üçün oral kontraseptiv qəbul edənlər də insult riski daşıyır. Ona görə bu insanlar 5-10 il öncədən profilaktik tədbirlərə başlamalıdır.

Tarix
2021.11.06 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla