Yuxarı

Gənclər arasında şəkərli diabet buna görə artır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclər arasında şəkərli diabet buna görə artır

Şəkərli diabet qanda qlükoza səviyyəsinin qalxması nəticəsində yaranır. Xəstəlik daha çox 35-40 yaş arasında olanlarda müşahidə edilir. Halsızlıq, başgicəllənmə, ağızda quruluq, mütəmadi susuzluq hissi xəstəliyin ilkin əlamətləridir. Hazırda dünyada 422 milyon nəfərdən çox insan bu xəstəlikdən əziyyət çəkir. Düzgün müalicə aparılmadıqda şəkərli diabet insult, böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb olur.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının terapevti Şəhla Mirzəzadə Azərtac-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son illərdə bu xəstəlik daha çox gənclər və uşaqlar arasında müşahidə olunmağa başlayıb. Şəkərli diabetin gənclər arasında yayılmasının əsas səbəbi həyat tərzi ilə əlaqədardır. Bədən kütlə indeksinin artması, artıq çəki, fiziki aktivliyin aşağı düşməsi, qeyri-sağlam qidalanma və xüsusilə zərərli vərdişlərdən istifadə şəkərli diabetin yaranmasına rəvac verən səbəblərdir. Xüsusilə uşaqlar arasında diabetin müşahidə olunması qeyri-sağlam qida vərdişlərinin formalaşması ilə bağlıdır. Ona görə də valideynlər çalışmalıdırlar ki, uşaqları şəkərli və həddindən artıq zərərli qidalara yönəltməsinlər.

Düzgün qidalanma ilə yanaşı, idmanla mütəmadi məşğul olmağın da vacibliyini qeyd edən həkim deyib: “Təbii və sağlam qidalanmağa nəzarət etmək lazımdır. Fiziki aktivlik bu sahədə ən mühüm addımlardan biridir. Gün ərzində mütləq 5 min addım atılmalıdır. Digər vacib məqam yuxu rejiminin tamlığı, su qəbulu və bütün bunlarla yanaşı, zərərli vərdişlərdən, xüsusilə də tütünçəkmədən uzaq olmaqdır”.

Ş.Mirzəzadə bildirib ki, xroniki xəstəliyi olan, yüksək təzyiq və şəkərli diabetdən əziyyət çəkənlər yeni növ koronavirusu (COVİD-19) da ağır keçirilər: “Həmin yanaşı xəstəliyin olması virusun gedişini ağırlaşdıra bilər. Bu, bir qədər də fərqli xüsusiyyət daşıyır. Tədqiqatlar göstərir ki, şəkərini nəzarət altında saxlayan diabet xəstələrində virusun gedişinə nəzarət etmək mümkündür. COVİD-19-a yoluxmuş diabet xəstələri şəkərin səviyyəsinə nəzarət etməyi, dərmanların vaxtında qəbulunu mütləq diqqətdə saxlamalıdırlar”.

Şəkərli diabetin yaranmasına genetik faktorlar, yüksək xolestrol, mədəaltı vəz xəstəlikləri də səbəb olur. Qanda qlükozanın səviyyəsinə nəzarət və müalicə daimi xarakter daşıyır. Pəhriz təyin olunarkən xəstənin yaşı, cinsi, şəkisi, fiziki aktivliyi mütləq nəzərə alınmalıdır. Həkim nəzarəti altında xəstəliyin ağırlaşmasının qarşısını almaq mümkündür.

Tarix
2021.11.14 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla