Yuxarı

Şəkər immuniteti bu cür öldürür - Diqqət!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkər immuniteti bu cür öldürür - Diqqət!

Bağırsaqlar çoxlarının təsəvvür etdiyi kimi qidanı həzm edən boru deyil, o, həm də milyonlarla zərərli və faydalı bakteriyanın evidir. Orda bədənə lazım olan maddələr, vitaminlər sovrulur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bağırsaqların vəziyyətindən immunitet, beyinin işi, əhval, hətta arzular asılıdır.

Bağırsaqda olan zərərli mikroorqanizmlər belə orqanizm üçün lazımdır, lakin onların sayı çox olmamalıdır və bu bakteriyaların ifraz etdiyi toksiki maddələr insan üçün zərərlidir.

Pis bakteriyaların sevimli qidası şəkər, şirniyyatdır. Onu bilmək lazımdır ki, hər dəfə marketə gedib gözünüzə xoş gələn dadlı konfeti, şirniyyatı alanda bu istəyi sizdə həmin pis bakteriyalar yaradır və siz onları yedizdirib çoxaldırsınız.

Şirniyyat çox yedikcə nəticəniz: bakteriyaların çoxalması, intoksikasiya, immunitetin zəifləməsi, qazlar, köpmə, deşilmiş bağırsaq sindromu və s.

Sizin bədəniniz ancaq onunla məşğuldur ki, bakteriyaların ifraz etdiyi növbəti zəhəri bədəndən hər nə yolla olursa olsun xaric etsin. Xaricdən gələn infeksiyalara isə enerji qalmır. Toksinlər isə allergiya, qaşınma, dəridə səpkilər, üzdə sızanaqlar, baş dərisinin yağlanması, limfa və qan kirlənməsi ilə xaricə çıxır.

Ona görə də orqanizmə dəstək üçün hər gün az-az da olsa, şəkəri, un məmulatlarını azaldıb, nəfsinizə hakim kəsilib, boş kalorilərlə bədəninizi doldurmursunuz. Onun yerinə quru meyvələr, tərəvəz, qoz, tumlar, toxumlar, yağlar, balıq, ət yeyirsiniz.

Bu zaman bağırsaq düzgün işləyir, vitamin-mineral ehtiyatı bərpa olur, immunitet güclənir, beyin daha yaxşı işləyir.

Tarix
2021.11.17 / 01:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla