Axar.az
Yuxarı

Bu "cənnət meyvəsi"nin zərərli tərəflərinə diqqət edin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mağazalarda və bazarlarda ən çox satılan mövsüm meyvəsi xurma böyüklər və uşaqlar tərəfindən eyni dərəcədə sevilir.

Axar.az xəbər verir ki, bu Şərq meyvəsi ilə bütün dünya 1855-ci ildə amerikalı admiral Metyu Perrinin Yaponiya səfərindən sonra tanış olub. Perri ABŞ-a gələrkən hər kəsin sevdiyi xurma meyvələrini özü ilə gətirib. Latın dilindən xurma "Allah yeməyi" və ya "cənnət meyvəsi" kimi tərcümə olunur.

Xurma sadəcə ləzzətli deyil, eyni zamanda da sağlamlığımız üçün faydalıdır. Əgər mütəmadi xurma istifadə etsəniz, onun sayəsində bir çox xəstəliklərin qarşısını almaq olar. Lakin özünün bütün cəlbedici və faydalı xüsusiyyətləri ilə bərabər xurmanın zərərli tərəfləri də var.

Tərkibində artıq miqdarda şəkər olduğu üçün çəkili insanlara, həmçinin şəkər xəstələrinə xurma yemək məsləhət görülmür.

3 yaşadək uşaqlara xurma verməmək daha yaxşıdır, çünki onlarda bu yaşda mədə şirəsinin normal ifzarı formalaşmayıb. Bu səbəbdən də lif hissəcikləri mədəyə yapışa və qarında ağrılara səbəb ola ilər.

Mütəxəssislər yoda yüksək həssaslığı olan insanlara xurma yeməyi məsləhət görmür. Belə hallarda o, allergik reaksiyaların müxtəlif təzahürlərini yarada və sağlamlığa ziyan vura bilər. Yoda qarşı allergiya ən çox uşaqlarda rast gəlinir, lakin böyüklərə də xeyli pis təsir göstərir.

Xurma yedikdən sonra ağız boşluğunu yaxalamaq və dişləri təmizləmək lazımdır, çünki karies yaratma riski böyükdür.

Mədə və bağırsaqlarda əməliyyat keçirən insanlara xurmadan imtina etməyə dəyər. Həddindən artıq xurma istifadəsi bağırsaq işinin pozulmasına gətirib çıxarır.

Məsələ ondadır ki, xurma qabığında çoxlu sayda taninlər saxlanılır. Bitki mənşəli bu maddələr aşılayıcı və büzücü xüsusiyyətlərə malikdir. Taninlər mədənin spesifik mühitində həzm edilməyən hissəcik qruplarını meydana gətirə bilər.

Tanin şaxtada dağılır, ona görə də dondurulmuş xurma ağzı qamaşdırmır. Əgər təzə meyvələrdə həddən artıq tanin olarsa, onların dadı acı və büzücü olacaq. Soyuq mühitdə isə bu çatışmazlıqlar tam aradan qalxacaq. Bu üsul xurmanın dadını yaxşılaşdırır və onu daha şirin edir.

Əgər xurmanı bütünlüklə dondurmaq istəyirsinizsə, meyvəni əvvəlcə yuyun, sonra tam qurulayın. Hər xurmanı bir neçə qatdan ibarət strec salafana büküb dondurucuya səliqə ilə yığın.

Tarix
2021.11.21 / 12:10
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Beyin xərçənginin əlamətləri nələrdir?

Koronanın yeni təhlükəli ştammı ölkəmizdə aşkarlanıb?

ÜST koronavirusla bağlı təcili iclas keçirəcək

Azərbaycanda pandemiya bu tarixdə bitəcək

Koronavirusun ən ölümcül variantı aşkar edildi

Uşaqlar üçün peyvənd istehsalı... - ÜST

Azərbaycana daha 99 min doza “Pfizer” gətirildi

Ölkəmizdə daha 23 nəfər koronadan öldü

Nar pərdəsinin möcüzəvi təsiri...

İstilik sisteminin insana mənfi təsirləri...

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla