Yuxarı

Türk həkim: Bu, koronadan daha ölümcüldür

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk həkim: Bu, koronadan daha ölümcüldür

Tanınmış türkiyəli həkim Ümid Savaşçı bildirib ki, koronavirusdan daha yoluxucu və ölümcül olan quş qripi 14 ölkəyə yayılıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, xüsusilə quşçuluqla məşğul olanları xəbərdar edən həkim "Ev quşları saxlayanlar heyvan ölümü və ya öskürək, qızdırma, oynaq və əzələ ağrısı kimi əlamətləri müşahidə etsələr, dərhal müvafiq qurumlara məlumat verməlidir”, - deyə bildirib.

Sağlamlıq Elmləri Universiteti Gülhanə Təhsil və Araşdırma Xəstəxanasının Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi Ümid Savaşçı dünyada artan quş qripi yoluxmaları ilə bağlı qiymətləndirmələr edib.

“Quş qripi”nin koronavirusdan daha təhlükəli olduğunu qeyd edən Savaşçı, "Təəssüf ki, bu, koronavirusdan daha yoluxucu və daha öldürücüdür. Yoluxanların təxminən yarısı ölə bilər. Yüzdə 51 ölüm nisbəti var. Fərdi vətəndaşlar, fermerlər çox ayıq olmalıdır”, - deyə bildirib.

Malayziyada koronavirus peyvəndi ilə bağlı aparılan araşdırmaya da toxunan Savaşçı deyib:

"Malayziya bizimlə birgə peyvəndlərdən istifadə etdi. Malayziyada aparılan araşdırmalar nəticəsində xüsusilə 2-ci dozadan sonra 3-cü doza tətbiq edildikdə qorunma nisbəti yüzdə 95-in üzərindədir. “BioNTech” peyvəndinin üçüncü dozasından sonra qorunma dərəcəsi 74 faizə qalxdı”.

Tarix
2021.11.21 / 23:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla