Yuxarı

İstilik sisteminin insana mənfi təsirləri...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstilik sisteminin insana mənfi təsirləri...

Soyuq fəsillərdə evləri qızdırmaq üçün müxtəlif istilik sistemlərindən (kombi, kondisioner, buxarı) istifadə olunur. Lakin bizə istilik bəxş etməklə bu sistemlər evin havasını qurudur və bununla da sağlamlığımızda bəzi problemlər yaradır.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, orqanizmin müdafiə sistemi olan burun, ağız boşluğu, nəfəs yollarının selikli qişaları bizi infeksiya və mikroblardan qoruyur. Virus və mikroblar selikli qişalara düşərək burada "ilişir" və məhv olur. Evin havası quru olanda bu selikli qişaların qurumasına səbəb olur ki, onlar artıq öz müdafiə funksiyasını normal yerinə yetirə bilmir. Bu isə soyuqdəymə və qrip xəstəliklərinin inkişafı riskini artırır.

Bundan əlavə, istilik sistemlərinin təsirindən evin havasında oksigen azalır. Bu isə yorğunluğa, yuxululuğa, diqqətin azalmasına, baş ağrılarına səbəb olur.

Quru hava dəri və saçların vəziyyətinə mənfi təsir edir - dəri və saçlar quruyur, cansız olur, dəridə qırışlar, saçlarda kəpək əmələ gəlir.

Quru hava allergiyadan əziyyət çəkənlərin vəziyyətini də ağırlaşdırır.

İstilik sistemlərinin mənfi təsirini azaltmaq üçün evin havasını mütləq nəmləndirmək lazımdır.

1. Evin havasını gündə ən azı 2 dəfə 30 dəqiqə ərzində dəyişmək lazımdır;

2. Döşəmələri hər gün nəm əski ilə silin;

3. Evdə enli yarpaqlı bitkilərin, akvariumun olması da havanı nəmləndirir;

4. Müasir nəmləndirici aparatlar da bu işdə sizə kömək edə bilər.

Tarix
2021.11.23 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-nin ilk peyki bu tarixdə buraxılacaq

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

İranın “düşmən” siyahısındakı “AzTV” deyil? - Müəmma

Biz alternativlər yaradırıq, Moskvada isə deyirlər ki...

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İsrail Suriyaya zərbə endirdi

Bütün region bunun bədəlini ödəyir - Ərdoğan

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla