Yuxarı

Ətdən imtina etmək sağlamlığa təhlükədir! - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ətdən imtina etmək sağlamlığa təhlükədir! - Həkim

Sağlam və orqanik qidalar orqanizmi vitamin və minerallarla təmin edir, ona görə də gündəlik qida rasionunda tərkibi zülal və karbohidratlarla zəngin olan yeməklərə, xüsusilə də beynin fəallığını artıran və yaddaşı gücləndirən ət məhsullarına üstünlük vermək tövsiyə olunur.

Qida rasionunda ətin özünəməxsus yeri var, onun orqanizm üçün faydası çoxdur. Ən əsası, o yeni qan hüceyrələrinin yaranmasına səbəb olur, beyin qan dövranını və həzm sistemini yaxşılaşdırır. Lakin bəziləri bu məhsulu yeməkdən könüllü şəkildə imtina edirlər. Həkimlər isə ətdən imtina edilməsini sağlamlıq üçün təhlükəli sayırlar. Araşdırmalar göstərir ki, ət yeməyən insanların beyin fəaliyyəti zəifləyir, bir müddət sonra isə yaddaşsızlıq və göz zəifliyi problemi yaranır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova pəhriz zamanı bu məhsuldan imtina edilməsinin yanlış olduğunu deyir:

“Ət həm zülal, həm də dəmirlə zəngin qidadır. İdmanla məşğul olanların zülalla daha çox qidalanması lazımdır ki, metobolizmi sürətləndirsin və nəticədə çəki itkisi yaransın. Bəzi insanlar var ki, ətdən tamamilə imtina edirlər, onlar ya əti sevməyənlərdir, ya da vegeterianlardır. Normal insanlar gün ərzində 200 qrama qədər ət yeyə bilər, çəkisi normadan yuxarı olanlar ondan bir qədər artıq qəbul edə bilərlər. Ət mal, qoyun, quzu, toyuq, quş, balıq və s. Xolestrol problemi ilə üzləşənlərə və ürək-damar sistemində xəstəlikləri olanlara qoyun əti o qədər məsləhət görülmür”.

Həkim deyir ki, səhhətində problemi olanlar həmin məhsulla qidalanmamalıdır, onlar əti meyvə və tərəvəzlə əvəz edə bilərlər:

“Torpaq üzərində bitən hər bitki dəmirlə zəngindir, vegeterianlar hər hansı bitki ilə qidalananda dəmir çatışmazlığı yaşamırlar. Dəmir çatışmazlığı olan anemiyaların yaranmaması üçün onlar paxlalı bitkilərdən, xüsusilə tərkibində kifayət qədər dəmir və zülal olan məhsullarla qidalana bilərlər”.

Həyatda insan üçün ən böyük nemət sağlamlıqdır. Digər qidalar kimi rasionda ət və ət məhsullarına xüsusi yer verilməlidir ki, sağlamlıqla əlaqədar xoşagəlməz problemlər yaranmasın.

Tarix
2021.12.10 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan açıqladı: Bakıya getməyə hazıram

Azərbaycanla müharibə xəbərdarlığı edildi

Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

İlham Əliyev Məhəmməd əl-Casirlə görüşdü

İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla