Yuxarı

Vitamin çatışmazlığının üzdəki əlamətləri

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vitamin çatışmazlığının üzdəki əlamətləri

İmmuniteti gücləndirmək, xəstəliklərdən qorumaq və özünü daha gümrah hiss etmək üçün orqanizmin ən vacib ehtiyacı vitaminlərdir.

Axar.az xəbər verir ki, üzümüzdəki bəzi əlamətlərdən vitamin çatışmazlığını müəyyən etmək mümkündür.

C vitamini çatışmazlığı tez-tez diş əti və burun qanamasına, oynaqların şişməsinə səbəb olur. Vücudumuz bu vitamini istehsal etmir və bədəndə saxlamır, ona görə də siz onu pəhriz vasitəsilə istehlak etməlisiniz.

Solğun dodaqlar ən çox yayılmış qida çatışmazlığı olan dəmir çatışmazlığının ümumi simptomudur. Çox sayda insan bədəndə dəmir çatışmazlığı səbəbindən qan azlığı və yorğunluqdan əziyyət çəkir.

Sızanaqlar Vitamin A, E və B komplekslərindəki çatışmazlıqlar səbəbindən meydana gələ bilər.

Dəriniz həddindən artıq solğundursa, ehtimal ki, vücudunuzda B12 vitamini çatışmır. Bu çatışmazlığın digər əlamətləri dəri xəstəlikləri və yorğunluq şəklində özünü göstərir. B12 vitamini heyvan mənşəli qidalarda boldur, lakin siz B12 vitamini əlavələri də qəbul edə bilərsiniz.

Gözlərin şişməsi bəzən qeyri-kafi yuxuya işarə edir, eyni zamanda yod səviyyəsinin aşağı olduğunu göstərir. Yemək duzunun qəbulundan qaçmaq və ya məhdudlaşdırmaq lazımdır.

Əgər saçlarınız qırılır, qurudursa və baş dərinizdə kəpək yaranırsa, antibiotik istifadəsindən qaynaqlanan Biotin və ya B7 vitamini çatışmazlığı ola bilər.

Həddindən artıq quru dəriyə düzgün olmayan pəhriz, uzun müddət günəşə məruz qalmaqdan yaranan qida çatışmazlığı səbəb ola bilər.

Gözlərinizin ağ hissəsində yaranan sarımtıl rəng sarılıq kimi xarakterizə olunan və toxumalarda artan bilirubin səviyyəsi ilə tanınan vəziyyətdən qaynaqlanır.

Tarix
2021.12.15 / 00:57
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla