Yuxarı

Hepatitin təbii bitkilərlə müalicəsi - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hepatitin təbii bitkilərlə müalicəsi - Həkim

Hepatit qaraciyər serrozuna səbəb olan geniş yayılmış virus xəstəliyidir. Müalicəsi çətin olsa da mümkündür.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tanınmış həkim-fizoterapevt Fizuli Hüseynov hepatit C-nin bitkilərlə müalicəsi üçün məcun resepti məsləhət görüb.

Alaqanqal 100 qram

Sarıkök 100 qram

Ud hindi 100 qram

Zəncəfil 50 qram

Çörək otu 100 qram

Bal 2 kq

Bitkiləri toz formasına salıb, balla qarışdırıb, gündə üç dəfə yeməkdən əvvəl 1 dolu çay qaşığı yemək lazımdır.

Həkim bildirib ki, hepatitlərin bir neçə müayinə üsulları var. Məsələn, qanda anticisimlərin tapılması və virusların miqdarı analizi. Bu zaman təşvişə düşməyin və həmin tədbirlərə başlayın:

1. Hər gün 6 km-dən çox gəzin; gəzmək və ya asta qaçmaq lazımdır.

2. Heç bir kimyəvi dərman qəbul etmək olmaz, çünki bu dərmanların toksinlərini qaraciyər və böyrəklər təmizləyir.

3. Qanı saflaşdırmaq, damarları elastikləşdirmək üçün hər 10 gündən bir 10 ədəd zəli qoydurmaq lazımdır. Cəmi 50 zəli, yaxşı olar ki, qaraciyər üstü öndən və arxadan bel fəqərələrinin üstünə qoyulsun.

4. 2 ay müddətində gündə 0.5 litr kefir içmək lazımdır.

5. 2 ay müddətində gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı ud hindi suya və ya bal şərbətinə qatıb içmək lazımdır.

5. Gündə üç dəfə yeməkdən əvvəl alaqanqal toxumu dəmləməsi içmək yaxşı olar. 2 orta xörək qaşığı alaqanqalı 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içmək lazımdır. 2 ay bundan başqa enginar yarpağı, solmazçiçək, boymadərən dəmləməri də içilməlidir.

"Unutmayın, heç bir dərman vasitəsi virusların içinə girib onu öldürə bilmir, amma immunitet həmişə yüksək olarsa, bu viruslar blokadaya alınır və heç bir zərər verə bilməzlər", - deyə F.Hüseynov bildirib.

Tarix
2021.12.19 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla