Yuxarı

Emosional tükənmə və yanma sindromu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Emosional tükənmə və yanma sindromu

Pandemiya və sosial problemlər, xəstəliklər insanları təkcə fiziki yox, emosional da tükədib. Tibbdə "emosional yanma" deyilən sindrom var.

İnsan psixoloji olaraq tükənir. Çoxları bunu adi yorğunluqla səhv salır. Amma getdikcə bu yorğunluq başqa simptomlara keçir.

Axar.az Medicina.az-a istinadən orqanizmin emosional yanma zamanı verdiyi əlamətləri təqdim edir.

Qeyd edək ki, 2 ildir psixoemosinal yanma xəstəliklər siyahısına MKB 11 kodu altında daxil edilib.

Yanma – ekstremal, ən yüksək dərəcədə, xroniki tükənmə, yorulma, bezmə, xroniki stressdir. Bu vəziyyəti əmələ gətirən 3 səbəb var: orqanizmin fiziki yorulması, fasiləsiz iş və ya əksinə, uzun müddət işsizlik, şəxsi təhlükəsizlik hissinin pozulması, insanın özünü daim hansısa təhlükədə hiss etməsi.

Bazar ertəsi işə gedib, sürünə-sürünə güclə şənbə-bazarı gözləyən adam real olaraq yanmış hesab edilir. Əgər "dincəlmək lazımdır" fikrinə elə ilk başdan "buna vaxtım yoxdursa" deyirsizsə, siz yanma yolundasınız.

Kimlər risk altındadır: təcili təxirəsalınmaz yardım işlərində, ciddi məsuliyyətli işlərdə çalışanlar, rəhbər işçilər, aktiv kommunakasion işlərdə çalışanlar, ofis işçiləri, həkimlər, tibb bacıları, sürücülər və s.

Bədən necə siqnal verir:

- Səbəbsiz təşviş;

- Yuxunun pozulması;

- İçki, narkotik, siqaretə qurşanma;

- Çox yemək;

- Fiziki problemlər;

- Xəstəliklərin artması;

- Dünyaya nifrət hissi.

Düzü, təslim olmamaq və bunun öz-özünə düzələcəyini gözləmək mənasızdır, hətta təhlükəlidir.

Emosional yanma orqanizmə çox mənfi təsir edir. Nəticədə insan ürək, damar, şəkər xəstəsi olur, baş ağrıları, həzm pozulması, əzələ zəifliyi, bədən ağrıları yaranır, hətta 45 yaşından sonra qəfil ölüm riski artır.

Tarix
2021.12.22 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla