Yuxarı

Qoxu hissi itən insanlara tövsiyə: Belə edin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qoxu hissi itən insanlara tövsiyə: Belə edin

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa koronavirus infeksiyasına yoluxma zamanı qoxu itkisini ev şəraitində bərpa etmək üçün tövsiyələr verib.

Axar.az xəbər verir ki, o, qoxu hiss etməyən insanın burnuna kəskin iyli ətirlərin yaxınlaşdırılıb iylədilməsi lazım gəldiyini bildirib.

Vəfa Pənahian Mustafa vurğulayıb ki, əgər bu da effekt vermirsə, onda ən təsirli olan üsul, yəni naşatır spirti istifadə olunur:

“İnsanlar bəzən qoxu hissinin itməsi ilə üzləşəndə təşvişə düşürlər. Bu halda bəziləri panikaya düşərək qoxubilmənin pozulmasının dərəcəsini müəyyən etmək məqsədilə tərkibində spirt olan məhlulları normadan artıq istifadə edirlər, bu da burnun kapilyarlarının zədələnməsinə səbəb ola bilər. Belə vəziyyətdə tövsiyəm odur ki, qoxu reseptorlarını oyatmaq üçün tərkibi müalicəvi otlar olan “Composor 16” və “Sinusol” spreylərindən, ya da el arasında “Vyetnam mazı” adlanan müalicəvi maye balzamdan istifadə etsinlər”.

Nazirliyin mütəxəssis-eksperti bildirib ki, ABŞ alimlərinin apardığı elmi-tibbi tədqiqatların nəticəsinə əsasən, qoxu hissi itən insanlara qoxu məşqləri tövsiyə olunur:

“Qoxu məşqləri burun reseptorlarını məşq etməyə və siqnalları oyatmağa kömək edir. Əgər dadbilmə ilə iybilmə funksiyası birlikdə pozulursa, onda burada selikli epitel qişasında, qoxu reseptorlarında zədələnmə mövcuddur. Bu vəziyyətdə bir aylıq vitamin-mineral kompleksinin qəbulu təyin edilə bilər”.

Tarix
2021.12.23 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla