Yuxarı

Şaxtalı havada başda ağrı və spazmın səbəbləri

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şaxtalı havada başda ağrı və spazmın səbəbləri

Şaxtalı havalarda əksər insanın başında spazmlar, ağrılar başlayır. Bu spazmların hava ilə əlaqəsi varmı?

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, rusiyalı neyrofizioloq Aleksandr Budik atmosfer təzyiqinin başa təsirindən danışıb.

“Havanın soyuması və şaxta ilə əlaqədar başda ağrı baş dərisinin həssaslığının çox olması ilə əlaqədardır. İnsan şaxtalı soyuq havaya çıxanda başı sıxılıb ağrıyırsa, bu ciddi təhlükə deyil. Bu, başın dərisindən tutmuş damarlarına kimi temperatura reaksiyasıdır. Başın bütün sahəsində reseptorlar var, onlar çox həssas olanda soyuqdan qıcıqlanır, bu zaman sinirlərə ağrı siqnalı ötürülür. Buna yol verməmək üçün başa isti papaq qoymaq lazımdır.

Əgər insan yüksək təzyiq xəstəsi deyilsə, baş beyin damarlarının soyuğun təsirindən ağrı verməsi mümkün deyil. Əgər yuxarı təzyiq 200-ə çatmırsa, beyin qan dövranına cavabdeh damarlar adekvar işləyir, heç bir soyuq şaxta onların işini pozmur. Ancaq təzyiq xəstələrində bu problem yaşana bilər. Ona görə belə xəstələr şaxtalı havaya çıxanda təzyiq dərmanını içməli, təzyiqi yoxlanmalıdır”, - həkim bildirib.

Tarix
2021.12.24 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla