Yuxarı

Alkoqollu içki xərçəng riskini artırır - Tədqiqatçılar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alkoqollu içki xərçəng riskini artırır - Tədqiqatçılar

Böyük Britaniyanın “Cancer Research” tibbi təşkilatının tədqiqatçıları alkoqollu içkinin xərçəng xəstəliyi riskini artırdığını bildiriblər.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb.

Mütəxəssislərin fikrincə, alkoqol orqanizmin hüceyrələrinə zərər verə bilər - spirt xərçəngə bənzər hüceyrələrin bölünməsinə səbəb olan asetaldehid adlı maddəyə çevrilir. Spirtli içkilər habelə estrogen və insulin kimi hormonların səviyyəsini artırır. Onlar habelə hüceyrənin bölünməsində vasitəçi olan kimyəvi vasitəçilərdir.

Alimlər həmçinin qeyd ediblər ki, spirt ağız və boğazdakı hüceyrələri dəyişdirərək, xərçəng xəstəliyinin yaranmasına səbəb olan zərərli kimyəvi maddələri udma ehtimalını artırır.

Mütəxəssislərin fikrincə, gündə 3,5 porsiyadan çox spirtli içki qəbul etmək ağız, boğaz və qırtlaq xərçəng xəstəliyi riskini iki, hətta üç dəfə artırır. Onlar həmçinin xəbərdarlıq ediblər ki, spirtli içki qəbul edən və tütün çəkən insanlar daha çox risk altındadırlar.

Tarix
2021.12.25 / 09:35
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla