Yuxarı

Omikron ölkəmizdə də aşkarlandı: hansı təhlükələr var?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Omikron ölkəmizdə də aşkarlandı: hansı təhlükələr var?

Omikronun Azərbaycanda aşkarlanması qorxuducu xəbər deyil. Əvvəla, qeyd edək ki, bu variantla ölüm halları azalıb.

Bu sözləri Axar.az-a həkim-infeksionist Nicat Əzimli ölkəmizdə Omikron ştammının aşkarlanamasından sonra yaranan narahatlıqlara aydınlıq gətirərkən deyib.

O bildirib ki, bu xəstəlik ağciyərin daha az zədələnməsi ilə baş verir:

“Bu ştamma yoluxma zamanı yuxarı tənəffüs yollarında virusun çoxalma sürəti artır. Buna görə Omikronun törətdiyi xəstəlik daha çox qrip xarakterli simptomlarla özünü göstərir. Lakin yoluxuculuq xüsusiyyəti qripdən dəfələrlə yüksəkdir. Bu səbəbdən qısa müddətdə xəstəlik sayındakı kəskin artım səhiyyə sistemini yükləyə, tibbi xidmətin keyfiyyətini aşağı sala bilər. Bu da digər xəstəlikləri olan, yaşlı, immunsupressiv şəxslərin tibbi xidmətdən kənarda qalması təhlükəsini yaradır”, - infeksionist deyib.

N.Əzimli qeyd edib ki, Omikronun ölkədə aşkarlanması ölüm hallarına görə yox, ümumi xəstəlik hallarının kəskin artıması təhlükəsinə görə narahatlıq yaradır:

“Bunu nəzərə alaraq vaksinasiyada iştirak, maskadan istifadə, sosial məsafə və təmizlik qaydalarına ciddi riayət etməkdə fayda var”.

Tarix
2022.01.11 / 13:47
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla