Yuxarı

Bu bitki qocalmanın qarşısını alır...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nanə ailəsinin ən ətirli üzvlərindən biri olan rozmarin (bibəriyyə) “dəniz şehi” deməkdir. Aralıq dənizi ətrafında yayıldığı üçün bitkiyə bu ad verilib. Rozmarinə Xəzər dənizi sahillərində də çox rast gəlinir, hətta Bakıda dənizə yaxın yerlərdə və küçələrdə yabanı şəkildə bitir.

Axar.az xəbər verir ki, bu bitki еfir yаğlаrı ilə zəngindir, ətriyyаtdа, bəzən çörək və qənnаdı istеhsаlındа istifаdə edilir.

Yaddaşı gücləndirir, əhvalı yaxşılaşdırır, alzheymer xəstəliyini önləyir, xərçəng riskini minimuma endirir, iltihablanmanı azaldır, ağrıları yüngülləşdirir. İmmuniteti qorumaqla yanaşı qan dövranını stimullaşdırır, laxtalanmanı azaldır. Detoks effekti var. Orqanizmi bakteriya və infeksiyalardan qoruyur. Erkən qocalmanın qarşısını alır, dərini gözəlləşdirir. Nəfəsi təmizləyir.

Antibakterial xüsusiyyətlərinə görə bibəriyyə yağı üz maskalarında istifadə edilir. Eyni zamanda bu yağ saçlarınız üçün də çox faydalıdır.

Rozmarinin həm təzəsini, həm qurusunu, həm də üyüdülmüşünü istifadə edirlər. 40 qram rozmarini 2 litr qaynadılmış suda 10 dəqiqə dəmləyin. Adi çaya qarışdırıb dəmləyə bilərsiniz. Bu çay qan azlığı, həzm problemi, aritmiya, baş gicəllənməsi, baş ağrıları, bronxial astma kimi problemlərdə istifadə edilir. Qeyd etdiyimiz ölçüdə hazırlanıb yaraların yuyulmasında istifadə olunur. Rozmarin şüşə balonda hava keçirməyən, nəm və işıq düşməyən yerdə saxlanmalıdır. Bu şəkildə mühafizə olunan bitkini 6 ay saxlamaq mümkündür. Bu müddət ərzində istifadəsi daha faydalıdır.

Rozmarinin çayını gün ərzində çox içmək olmaz. Əks halda zəhərlənmə ola bilər. Buna görə də hamiləlik və süd vermə dönəmində bu bitkinin çayını çox içmək məsləhət deyil. Epilepsiya xəstələrinə də içmək olmaz. Çünki epilepsiya tutmalarına təkan verir. Yüksək təzyiq xəstələri də ehtiyatlı olmalıdır. Rozmarin çayının xora və kolit xəstəliyi olanlara mənfi təsiri ola bilər. Sadaladığımız problemlərdən sizdə varsa, rozmarindən uzaq durun.

Tarix
2022.01.30 / 12:08
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla