Yuxarı

Professordan çağırış: Bu xəstəliyinizi gizlətməyin!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professordan çağırış: Bu xəstəliyinizi gizlətməyin!

Son illər Azərbaycanda mədə bağırsaq, xüsusən koloproktoloji xəstəliklər artmaqdadır. Təəssüf ki, xəstələr həkimə o vaxt özünü yetirir ki, xəstəlik artıq irəliləyərək, əməliyyata çatır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, azərbaycanlı professor Xaləddin Musayev insanları bağırsaqlarını yoxlatdırmaqdan çəkinməməyə çağırıb.

"Təcrübəmizə əsasən, 50-60 faiz xəstələr cərraha müraciət edəndə xəstəlik artıq ağır formaya çatmış olur. Gecikmiş halda müdaxilə və tibbi müalicə də elə effektiv olmur. Çox xəstələr türkəçarə - televiziyada gördükləri dərmanlarla müalicə olunmağa çalışır. Əksər hallarda ciddi bağırsaq xəstəliklərində dərmanlar müsbət təsir vermir. Mədə-bağırsaq müalicəsində reklam ardınca qaçmasınlar, vaxtında mütəxəssisə müraciət etsinlər.

Bəzən insanlar da, həkimlər də bağırsaq xəstəliklərinə, əməliyyatlarına adi və asan yanaşır. Amma mən hesab edirəm ki, mədə-bağırsaq əməliyyatları cərrahiyyədə ən çətinidir. Çünki xəstələr uzun illər bağırsaq problemini həkimlərdən və ətrafından gizlədir, onlar spontan olaraq xarici və Türkiyə dərmanları ilə müalicəyə cəhd edirlər. Xəstəni qəbul edirik, məlum olur ki, illərdir bağırsağından qanlı, irinli selikli axıntı gəlib, müayinə edəndə isə çox ağır mənzərə ilə qarşılaşırıq.

Koloproktoloji xəstəliklər qəfildən, bir günün içində yaranmır. Normadan yoğun bağırsaq 1 metr yarım ola bilər.

Bağırsaqda 8 sm-lik bir şişin yaranması üçün illər lazımdır. Şiş toxuması hələ yaranmamışdan əvvəl siqnallar verir. Simptomlar əsasən bağırsaq qıcıqlanması, ishal, tez-tez tualetə getmək, zəiflik, nəcisin selikli olmasıdır.

Əgər kimdəsə bu əlamətlər varsa, yubatmadan müayinədən keçsin", - professor qeyd edib.

Professor bildirib ki, mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb qeyri-düzgün qidalanma, zərərli qidalar, stress, az hərəkət etmək, irsi genetik amillərdir:

"40 illik həkimlik təcrübəmdə bu gün bağırsaq xəstələrinin sayı 20 il əvvəlkindən qat-qat çoxdur. Əvvəllər xoralı kolitə ildə bir-iki dəfə rast gəlirdiksə, indi az qala hər gün belə xəstə görürük".

Tarix
2022.02.02 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla