Yuxarı

Eldar Ryazanov xəstəxanaya yerləşdirildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eldar Ryazanov xəstəxanaya yerləşdirildi

Kinorejissor, SSRİ xalq artisti Eldar Ryazanov xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə rejissorun ailəsi "Qazeta"ya danışıb. 88 yaşlı kinorejissorun vəziyyəti qəflətən pisləşib.

Xatırladaq ki, Eldar Ryazanov 18 noyabr 1927-ci ildə Samarada Aleksandr Semyonoviç Ryazanov və Sofi Mixaylovna Ryazanovanın ailəsində anadan olub. 1950-ci ildə ilk sənədli filmini çəkib. Daha sonra müxtəlif kinojurnallar üçün kiçik kinosüjetlər hazırlayıb.

1955-ci ildə Eldar Aleksandroviç Ryazanov "Mosfilm"in rejissoru təyin edilir. O, Sergey Qurovla birlikdə ilk Sovet genişekranlı film-revyusunu ərsəyə gətirir.

Bir il sonra tanınmış komedioqraf, "Mosfilm" kinostudiyasının rəhbəri İvan Pıryev Eldar Ryazanovu kinokomediya çəkməyə məcbur edir. Eldar Ryazanov ona 4 dəfə öz etirazını bildirsə də, Pıryev sözündən dönmür. Beləliklə, Ryazanov komediya rejissoruna çevrilir.

E.Ryazanov "Ünvansız qız", "Qusar balladası", "Şikayət kitabını verin", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filmlərinə quruluş verir.

1961-ci ildə isə birdən-birə 2 satirik lent çəkir. Bunlardan biri "Robinzon necə yaranıb", digəri isə "Heç yerdən olmayan adam" idi. Adı çəkilən ikinci filmdə Sergey Yurski və Anatoli Papanov kimi məşhur rus aktyorları çəkilib.

Eldar Ryazanovun ən uğurlu filmlərindən biri isə təbii ki, "Avtomobildən qorun" hesab olunur.

Ryazanov daha sonra bir-birinin ardınca "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini çəkir.

2002-ci ildə Eldar Ryazanov Rusiyada kinematoqrafiya üzrə "Nika" akademiyasının prezidenti seçilib. 23 yanvar 2005-ci ildə E.Ryazanovun kinoklubu açılıb. 2010-cu ildə Kino İttifaqının təsisçilərindən biri olub.

Tarix
2015.11.21 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla