Həyatımızda əhəmiyyətli yer tutan mobil telefonlar bəzi
xəstəliklərə səbəb olur.
Axar.az dünya alimlərinin araşdırmaları nəticəsində müəyyən
olunan həmin xəstəliklər haqda yazını təqdim edir:
Nomofobiya
Telefonu itirmək və ya batareyasının bitmə həyəcanını tez-tez
yaşayırsınızsa, "nomofobiya" adlanan xəstəliyə tutulmaq riskiniz
var.
Kabus telefon sindromu
Bəzi istifadəçilər ciblərindəki telefonun zəng gəlmədiyi halda
titrədiyini deyirlər. Mütəxəssislər xəstəlik olaraq xarakterizə
etdikləri bu vəziyyətə "kabus telefon sindromu" adını veriblər.
Göz quruluğu
Gözü qırpmadan davamlı olaraq telefonun ekranına baxmaq "göz
quruluğu sindromu"na yol açır.
Beyin xərçəngi
Bir çox həkimlər yuxu rejiminin pozulmasının və beyin
xərçənginin mobil telefonların istifadəsinə bağlı olduğunu
bildirib.