Uzun illərdir insanlar sağlam yaşamağın, cavan qalmağın
yollarını axtarır. Bunun üçün müxtəlif təbabətə, cərrahi
əməliyyatlara üstünlük verilir. Lakin bunların heç biri uzun müddət
cavan qalmağa kömək etmir, sağlam həzm sisteminə zərərsiz ötüşmür.
İnsan vücudunda bir ilin aylarını və günlərini xatırladan 365 nöqtə
və 12 əsas meridian var. Spesifik nöqtələrə edilən masaj insanları
arzularına bir addım daha yaxınlaşdırır.
Axar.az xəbər verir ki, "Uzun ömürlülüyün sirri" adlandırılan Zu
San Li nöqtəsinə tətbiq olunan masaj Çinin ən məşhur masaj
üsuludur. Çin təbabətində vücud enerji sistemi olaraq qəbul edilir
və masaj orqanların funksional aktivliyinə və enerji mənbələrinə
təsir edə bilir. Zu San Li nöqtəsini aktivləşdirmək vücudda
yenilənmə təsiri yarada bilər, yaşlanmağın qabağını kəsər. Çində bu
nöqtə "uzun ömür nöqtəsi" adlandırılır.
Zu San Li nöqtəsini necə tapmaq olar?
Vücudumuzda Zu San Li nöqtəsi diz qapağının altındadır. Sağ
əlinizi dizinizin üzərinə qoysanız, Zu San Li nöqtəsi çeçələ
barmağın dırnağı ilə adsız barmağın dırnaq hissəsi arasında
yerləşən nöqtəni tapa bilərsiniz. Əgər bu şəkildə düzgün nöqtəni
tapa bilmirsinizsə, əyləşərək dizlərinizi əyin. Ayaqlarınızı yerdən
qaldırmayın. Bu zaman dizinizin aşağı hissəsində yüksək sahə hiss
edəcəksiniz. Barmağınızı onun üzərinə qoyub yüngülcə basın. Bu
nöqtə Zu San Li nöqtəsidir.
Bu nöqtəyə "Üz xəstəliyinin nöqtəsi" də deyilir. Bəs Zu San
Linin belə adlandırılmasının səbəbi nədir?
Zu San Li nöqtəsi bədənimizin yarıdan aşağı hissəsinin yaxşı
fəaliyyət göstərməsini idarə edir. Böyrəküstü vəzlərin,
böyrəklərin, cinsiyyət orqanlarının, həzm sisteminin düzgün şəkildə
işləməsini təmin edən onurğa iliyinin funkiyalarını yönləndirir.
Qan təzyiqinin insulin, qlükoz səviyyələrinin tənzimlənməsi,
vücuddakı iltihabın azaldılması, immunitet sisteminin
gücləndirilməsi, bağırsaq və mədə problemlərinin həll olunması,
iflicin müalicəsi, sağlam qida sistemi, özgüvən, stress və təzyiqin
idarə olunması, daxili tarazlıq Zu San Li nöqtəsindən asılıdır.
Bu nöqtənin masaj edilməsinin hıçqırıqda, qəbizlikdə, qastridə
də yaxşı təsir göstərdiyi təxmin edilir. İmmunitet sistemini
gücləndirən bu masajın sağlam bədən formalaşdırdığı hesab
edilir.
Zu San Li nöqtəsi nə vaxt masaj edilsə daha faydalı
olar?
Bu masaj səhər saatlarında və günorta yeməyindən əvvəl tətbiq
olunduğunda daha faydalıdır. Hər diz üçün saat istiqamətində
dairəvi (barmağınızla yüngülcə basaraq və basdığınız nöqtədə bir
müddət qalaraq) təqribən 10 dəqiqə davam etməlidir.
Bu masajın stimullaşdırıcı bir təsiri də var. Axşamlar Zu San Li
nöqtəsinə saat istiqamətinin əksi istiqamətində masaj edənlərin
həftədə 400-500 qram arıqladıqları bildirilir. Gecə yatmamışdan
əvvəl yuxunuzu qaçırtmamağı üçün bu masajı etməyin. Zu San Li
masajını yeni ay çıxmamışdan 8 gün əvvəl hər səhər etsəniz,
yaşlanma müddətini azaldarsınız. Həmçinin yuxarıda saydığımız
faydaları da bu müddət ərzində daha təsirlidir. Günorta yeməyindən
əvvəl edəcəyiniz masaj yaddaşınızı, ürək-damar və həzm sisteminizi
gücləndirəcək. Günortadan sonra isə stress, baş ağrıları,
narahatlıq, yuxusuzluq üçün bu masajı edə bilərsiniz.
Qeyd edək ki, "Uzun ömürlülüyün sirri" adlandırılan nöqtənin Zu
San Li adlandırılması sözügedən sirri atasından miras olaraq alan
şəxsin adı ilə bağlıdır.