Yuxarı

Növbəti pandemik vəziyyət: məktəblər bağlana bilər?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Növbəti pandemik vəziyyət: məktəblər bağlana bilər?

Qızılca - qızılca virusu tərəfindən yayılan infeksion xəstəlikdir. Peyvənd olmayan dövrdə, yəni 60-cı illərdə uşaq tələfatı ilə müşayiət olunurdu. Lakin vaksin çıxdıqdan sonra bu xəstəliyin gedişində uğurlar əldə olundu. Ölüm hallarının qarşısı alındı.

Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Azərbaycanda yayılan qızılca xəstəliyinin təhlükəsindən danışarkən deyib.

Onun sözlərinə görə, xəstəliyin epidemiolji həddə çatmaması üçün ilk növbədə vaksin işi sürətləndirilməli və uşaqlar peyvənd olunmalıdır:

“Bu xəstəliyə qarşı UNİSEF-in xətti ilə dünyanın hər yerində vaksinasiya təklif olunur. Azərbaycanda da Milli Peyvənd Təqvimi var və uşaqlara qızılcaya qarşı həyatı boyu iki dəfə vaksin vurdurmaları tövsiyə olunur. Əslində, bu, icbari olmalıdır. Qızılca keçirən şəxslər ikinci dəfə buna yoluxmurlar. Ömürlük immunitet yaranır. Vaksin vurulan adam xəstələnə bilər, lakin çox yüngül keçirir”.

Adil Qeybulla ölkəmizdə valideynlərin çoxunun uşaqlara qızılca əleyhinə peyvənd vurdurmaqda maraqlı olmadığına diqqət çəkib:

“Təəssüf ki, valideynlər uşaqların peyvənd olunmasından yayınırlar. Bu isə uşaqların bir hissəsinin müdafiəsiz və vaksinsiz qalmasına gətirib çıxarır. Yoluxmaların əsas səbəbi budur. Hesab edirəm ki, məsul olan qurumlar bununla bağlı vacib və icbari tədbirlər görməli, vaksinasiya məcburi şəkildə həyata keçirilməlidir. Vahid mərkəz yaranmalıdır. Ciddi nəzarət olunmalıdır. Bu, ayrı-ayrı şəxslərin arzusu ilə həyata keçirilə bilməz. İmtina ərizələri ciddi əsaslar olmadıqda qəbul edilməməlidir. Ciddi səbəb uşağın müxtəlif antibiotiklərə və anaflaktik reaksiyalara allergiyası hesab oluna bilər. Bunlar varsa, yoxlanılmalıdır. Əks halda hamı icbari qaydada vaksinasiya olunmalıdır”.

Professor bildirib ki, zəruri tədbirlər görülməzsə, qızılca xəstəliyi bütün uşaqlar arasında yayılacaq:

“Azərbaycanda vəziyyətin ciddi olması dediyim amillərə bağlıdır. Yoluxma bütün vaksinasiya olunmayan uşaqları tuta bilər. Vaxtında tədbirlər görülsə, infeksiya yerində lokallaşdırıla bilər. Zəruri tədbirlər görülməlidir. Bu uşaqlar təqvim üzrə yox, epidemoloji vəziyyəti nəzərə alaraq önə çəkilməklə vaksin olunmalıdırlar”.

O, təhsil ocaqlarının müəyyən müddətə bağlanması ehtimalına da münasibət bildirib:

“Kütləvi şəkildə məktəblərin bağlanmasına ehtiyac yoxdur. Sadəcə, xəstəlik halları qeydə alınan təhsil ocaqlarında müəyyən bir müddətə tədbirlər görülə bilər”.

Tarix
2023.11.30 / 07:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Rusiya anlayır ki, Azərbaycansız mümkün deyil - Mixaylov

Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - Video

TŞ iclasına qatılmadı – Putin Lavrovu niyə “silir”?

Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır

İrəvan və Bakı arasında tarixi sülh sazişi... - Tramp

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla