Konyunktivit xəstəliyin yaranmasına səbəb gözün selikli
qişasına infeksiyanın düşməsidir. Bu əksər hallarda əllərin təmiz
saxlanmaması, gigiyena qaydalarına riayət olunmamasından
yaranır.
Bu sözləri Axar.az-a tibb elmləri doktoru, professor Paşa
Qəlbinur deyib.
Onun sözlərinə görə, konyunktivitlər aşağıdakı mikroblorla
törədilir:
"Buna bakteriyalar, göbələklər, rikketsiyalar və viruslar,
həmçinin allergik konyunktivitlər də daxildir. Törədici
mikroblardan, orqanizmin müqavimətindən və xəstənin yaşından asılı
olaraq konyunktivitlər müxtəlif şəkildə özünü göstərir. Müalicə
olunmamış konyunktivit adətən xroniki formaya keçir. Xəstəlik ilk
vaxtlar ciddi təsir bağışlamasa da, hətta gözün və görmə
qabiliyyətinin itməsinə də səbəb ola bilər.
Müalicəsi üçün nə etməli?
Müalicəsi üçün antibiotiklərdən istifadə olunmalıdır.
Dərmanların az effektivliyi zamanı göz yaşının mikrofloraya və
antibiotiklərə qarşı həssaslığı analiz edilməli, analizlərin
nəticələrinə əsaslanaraq, daha böyük təminatla başqa antibiotiklər
təyin olunmalıdır.
Qeyd edək ki, göz qapaqlarının və selikli qişanın şişməsi,
yaşaxma və işığa həssaslıq sözügedən xəstəliyin xəbərçisi hesab
edilir.